skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
22688690 500090077012958 6868816899435079613 N

Atreziya Anus tip Kloaka. Kloakal Atreziya. Arxa Sagital Ano-Rekto-Vagino-Uretroplastika

Ən ağır forma Atreziya Anus Tip Kloaka (Kloakal Atreziya) – yəni sidik, cinsiyyət, düz bağırsaq və anus dəliyinin olmaması, bunların hamısının birləşmiş bir boruşəkilli yol halında olmasıdır. Bir yaş beş aylıq qız uşağı kolostoma daşıyıcısı (yəni qarının ön divarında süni nəcis ifrazı dəliyinin olması) bir neçə mərkəzdə hər  kəs tərəfindən imtina olunmuş, bu əməliyyatı “Azərbaycanda edən yoxdur” deyilmiş, pasient sonda bizə müraciət etmişdir. Bütün yoxlanışlardan və müayinələrdən keçdikdən sonra planlı olaraq əməliyyata aldıq. 8 saat sürən ağır əməliyyatda öncə Sistaskopla kloakal dəlikdən daxilə baxıldı, düz bağırsaq sidik kanalının sidik kisəsindən çıxan yerinə yaxın açıldığı və sidik kisəsinə sıx birləşdiyi görüldü. Əməliyyat Laparoskopik olaraq başlandı, daxildə düz bağırsaq sidik kisəsindən və ətraf toxumalardan laparoskopik metodla ayrıldı. Sonra sfinkter əzələləri qorunaraq aralıq nahiyəsindən büzdüm sümüyünə qədər arxa saqital kəsik açıldı. Sidik kanalı və cinsiyyət yolu yaradıldı, düz bağırsaq isə öz əzələlərinə məxsus yerə çəkildi, Arxa Sagital Ano-Rekto- Vagino-Uretroplastika olundu. Pasient 8-ci gün yaxşılaşma ilə evə yazıldı.

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız
Büzdüm Teratoması əməliyyatı

Büzdüm teratoması əməliyyatı

 9 aylıq uşaqda anadangəlmə Büzdüm sümüyü teratoması (Coccygeal teratoma). Teratoma büzdüm sümüyünün altından yaranmış düz…

Hişprunq Xəstəliyi

Hişprunq xəstəliyi

Qəbizliyi olan, 10-15 gündən bir yalnız imalə ilə bayıra çıxan uşaq bizə müraciət etmiş, apardığımız…

Mədəaltı Vəzin Anadangəlmə Kistası

Mədəaltı vəzin anadangəlmə kistası

Mədəaltı vəzin Konjenital (anadangəlmə) kisti çox nadir rast gəlinir. 5 yaşında pasiyent qarnın sol tərəfində…

Back To Top