skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
 34A2066

Hidronefroz nədir? Hidronefrozun müalicəsi və əməliyyatı.

Hidronefroz nədir?

Hidronefroz böyrəklərin sidiklə dolaraq anormal genişlənib böyüməsinə verilən tibbi addır. Bir yaxud hər iki böyrəkdə eyni vaxtda rastlana bilir.
Hidronefrozun səbəbi nədir?
Səbəbi sidik yolunun hər hansı bir yerində böyrəklərdən sidiyin axmasının qarşısını alan maneənin darlığın olması və yaxud sidik axarı ilə sidik kisəsi birləşən hissədə klapanın çatışmazlığı səbəbindən sidiyin sidik kisəsindən sidik axarına refluksu-geriyə qaçmasıdır. Həmçinin böyrəklərin anormal inkişafı ( multidisplastik kistik böyrək) yaxud sidik axarlarının obstruksiyası ( mənfəzinin qapalı olması) da hidronefroza səbəb olur.
Uşaqlarda Hidronefrozun səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
Vesikouretral refluks: Yuxarıda bu haqqda qeyd edildiyi kimi, böyrəklərdən çıxan sidik axarının sidik kisəsinə keçdiyi yerdə klapan mövcuddur. Bu klapanın vəzifəsi sidiyin sidik kisəsindən geriyə, sidik axarına və böyrəyə doğru qayıtmasının qarşısını almaqdan ibarətdir. Belə ki, bu klapanın çatışmazlığı nəticəsində sidik kisəsindən sidik axarına doğru sidiyin geri qaçması baş verir. Bu hal tibbdə vezikouretral refluks adlanır.

UP darlıq(UreteroPelvik darlıq) – Böyrək ləyəni ilə sidik axarının birləşdiyi yerdəki darlıq.
UV darlıq(UreteroVesical darliq) – Sidik axarının ilə sidik kisəsinə açıldığı nahiyyədəki darlıq.
PUV ( Posterior Uretral Valve) – Sidik kanalı daxilində sidiyin axmasına mane olan pərdənin olması. Bu arada sidik kanalı( uretra) sidik ifrazat yolunun sidiyi sidik kisəsindən xaricə daşıyan hissədir. Böyrəklərdən sidiyi sidik kisəsinə daşıyan hissə isə sidik axarı (ureter) adlanır.
Ektopik ureter- Ureterlərin( sidik axarlarının) sidik kisəsinə anormal/normal olmayan yerdən birləşməsi.

İdiopatik hidronefroz: Səbəbi bilinməyən hironefrozlar bu qrupa aid edilir. Adətən uşaq doğulmazdan öncə edilən ultrasəs müayinələri nəticəsində aşkarlanır və doğulduqdan öncə yaxud sonra özlüyündən keçir.

Hidronefrozun əlamətləri nələrdir?

Hironefroz yenidoğulmuşlarda və körpə uşaqlarda adətən simptomsuz olur, yəni hər hansı bir əlamətlə özünü ğöstərmir. Bu yaşda hidronefroz əsasən təsadüfi usm ( ultrasəs) müayinələri nəticəsində aşkarlanır.
Kiçik yaşlı uşaqlarda isə bir sıra şikayətlər üzə çıxır. Bunlardan ən çox rastlananı qarında yaxud bel nahiyyəsində ağrı, sidikdə qanın olmasıdır.
Böyük yaşlı uşaqlarda isə göstərilənlərlə yanaşı sidik ifrazat sisteminin iltihabı xəstəlikləri xəstəni narahat edir.
Sidik ifrazat sisteminin iltihabı xəstəlikləri aşağıdakı əlamətlərlə gedir:
• Uşada tez tez sidiyə getmək hissinin olması, yaxud tez tez sidiyə getməsi
• Sidik ifrazı zamanı qarnın aşağı nahiyyəsində ağrının olması
• Sidiyin bulanıq olması yaxud sidikdə qanın olması
• Qarnın yan nahiyyəsində və ya bel nahiyyəsində ağrının olması
• Bədən hərarətinin artması-qızdırma
• Qusma

Hidronefroz diaqnozu necə qoyulur?

Doğulmazdan öncə hidronefroz əsasən hamiləliyin 2ci trimesterində ( 4-6 aylıqlar) aparılan rutin usm müayinələri nəticəsində aşkarlana bilir.
Ümumiyyətlə isə hidronefrozun ilkin diaqnozu usm müayinəsi nəticəsində qoyulur. Diaqnoz qoyulduqdan sonra səbəbin aşkarlanması üçün digər müayinə metodlarınnan istifadə edilir. Bunalara venadaxili contrast renoqrafiya ( darlıqların aşkarlanması üçün), Voiding sistouretrorafiya( refluksun olmasını aşkarlamaq üçün) üsulları daxildir.

Müalicəsi:

Böyrək funksiyasını zəiflətməyən, böyrək parenximasını zədələməyən yüngül formalarda USM müayinələri vasitəsilə uşaq nəzarətdə saxlanılır.Belə xəstələrdə sidik ifrazat sisteminin iltihabi xəstəlikləri riski artdığından bəzi hallarda profilaktik antibiotic müalicəsi təyin edilir.
Daha ciddi və ağır hallarda isə cərrahi yolla səbəb aradan qaldırılır.

Əgər böyrəkdən çıxan sidik axarı darılığıdırsa (UP darlıq) ozaman Laparoskopik və ya aşıq üsulla Pielo plastika icra olunur, UV darlıqda isə, yəni sidik axarının sidik kisəsinə yaxın hissəsində darlıq varsa Ureteroneosistostamiya əməliyyaı icra olunur.

Vesikouretral refluklarda isə əgər uretero hidro nefroz 2 dərəcədirsə Sistoskopik üsülla sidik axarı önünə gel vurulur. Əgər 3 -4 cü dərəcədirsə o zaman Ureteroneosistostamiya əməliyyatı aparılmalıdır.

Biz çox zaman əməliyyatları Laparoskopik icra edirik ki buda pasientlərin tez bir zamanda sağalmasını təmin edir.

 

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız
Penoskrotal Forma Hipospadiya

Penoskrotal forma Hipospadiya

El arasında peyğəmbər sünnəti deyilən, əslində isə patalogiya olan Hipospadiya gələcəkdə böyük problemlər və ən…

Kurrarino Sindromu (Currarino Syndrome). Rektal Forma Hisprung Və Düzbağırsaqla Büzdüm Sümüyü Arasında Törəmə

Kurrarino sindromu (Currarino syndrome). Rektal forma Hisprung və Düzbağırsaqla büzdüm sümüyü arasında törəmə

Çox maraqlı və çətin əməliyyatlardan. Kurrarino sindromu (Currarino syndrome). 4 yaşlı pasient 4 ildir qəbizlikdən…

Anadangəlmə Bronxiogen Kista

Anadangəlmə Bronxiogen kista

2 yaşlı pasient. Boynunun alt hissəsində döş qəfəsinə yaxın yerləşmiş, dəriyə yolu olan kista diaqnozu…

Back To Top