skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
Hipospadiya 6

Hipospadiya nədir, əlamətləri və cərrahi müalicəsi

Hipospadiya nədir?

Hipospadiya sidik kanalının anatomik quruluşunun anadangəlmə inkişaf qüsurudur. Bu zaman sidik kanalının xarici dəliyi normal yerində – cinsiyyət üzvünün başında deyil, cinsiyyət üzvünün ön səthində, xayalıq yaxud aralıq nahiyəsində xaricə açılır.

Hipospadiyanın əlamətləri:

  • Sidik ifrazının pozulması;
  • Sidik ifrazı zamanı sidiyin normal olmayan yerdən orqanın altından axması;
  • Sidik ifrazının tezləşməsi (tez-tez sidiyə getmə) ;
  • Cinsiyyət üzvündə əyriliyin olması.

Hipospadiyanın formaları:

Sidik kanalının xarici dəliyinin yerləşmə yerindən asılı olaraq Hipospadiya haqqında bilinən bir neçə forması vardır:

  • Coronal forma;
  • Subcoronal forma;
  • Penil forma – uretranın ( sidik kanalının ) xarici dəliyi cinsiyyət üzvünün  cismində yerləşir;
  • Penoskrotal forma – sidik kanalının xarici dəliyi cinsiyyət üzvünün xayalıqla sərhəddində,
  • Xayalıq  forma – xayalıqda yerləşir;
  • Aralıq forma – uretranın xarici dəliyi xayalıqla anal dəliyi arasında yerləşir;
  • Hipospadiyasız hipospadiya (Xorda tipli) – hipospadiyanın bu formasında sidik kanalının xarici dəliyi normal yerinə açılır. Lakin sidik kanalının uzunluğu penisin uzunluğundan qısa olduğu üçün cinsiyyət üzvünün əyilməsi baş verir.

Hipospadiyanın səbəbləri

Hipospadiya xəstəliyinin hansı səbəbdən baş verməsi barədə dəqiq elmi məlumat olmaması ilə yanaşı bu haqda bir neçə nəzəriyyə mövcuddur:

  • Dölün bətndaxili inkişafının 7-15 ci həftəliyində qadın hormonlarının çoxluğu və s. səbəblərdən baş verən pozuntular;
  • Hamiləlik zamanı ananın ətraf mühit zərərli amillərinin təsirinə məruz qalması (alkoqol, siqaret çəkmə, bəzi dərman vasitələrinin istifadəsi, natamam qidalanma(qidada zülal, vitaminlərin əksikliyi) və s.) ;
  • Hamiləlik zamanı anan orqanizmində müxtəlif səbəblərdən (stress, ağır iş rejimi və s) baş verən hormonal dəyişikliklər;
  • Çoxdöllü hamiləlik;
  • Ananın tez tez hamilə qalması;
  • Dölün keçirtdiyi bətndaxili infeksiyalar;
  • Genetik pozuntular.

Hipospadiyanın diaqnostikası

  • Xarici cinsiyyət üzvlərinin müayinəsi.
  • Sidik kanalının xarici dəliyinin yerləşmə yerinin təyini.
  • Xayalıq və Aralıq formalarda xromosom analizi (körpənin cinsiyyətinin təyini üçün), cinsi xromatinin təyini.
  • Böyrəklərin US müayinəsi: Böyrək və sidik yollarının anadangəlmə patologiyalarını istisna etmək məqsədilə.
  • Sistouretroqrafiya:  Xayalıq və Aralıq formalarda bu müayinədə uretra və sidik kisəsinin quruluşunun öyrənilməsi məqsədilə sidik kanalına yeridilmiş kateter vasitəsilə sidik kisəsinə rentgenokontrast maddə yeridilərək rentgen şəkli çəkilir.

Hipospadiyanın müalicəsi

Müalicəsi yalnız cərrahi yolla uretranın xarici dəliyinin normal yerinə gətirilməsi, yanaşı rast gəlindiyi halda cinsiyyət üzvündəki əyriliyin aradan qaldırılmasından ibarətdir. Cərrahi əməliyyat üçün optimal yaş ilk 6-15 aydır. Belə ki, ilk əməliyyat üçün ən yaxşı müddət doğulduqdan sonrakı 6cı aydır, ehtiyac olarsa ikinci etap müalicə 6 ay sonra 1 yaşinda icra olunur. Əməliyyatlar uşağın məktəbə qədərki dövründə, 6-7 yaşına qədər yekunlaşdırılmalıdır. 10-13 yaşlarından sonrakı dövrdə icra olunan əməliyyatlar hipospadiyanın müalicə nəticələrini pisləşdirir. Əməliyyat şəkillərinə Fotolar bölmsindən baxa bilərsiniz.

Formasından asılı olaraq bir neçə qəbul olunmuş əməliyyat növləri var:

  1. Snodgros (tipu) metodu ilə uretroplastika əməliyyatı.
  2. Kof metodu ilə uretroplastika.
  3. Magpi.
  4. Metyu və,s.

Hipospadiya əməliyyatlarından sonra rast gəlinən ağırlaşmalar:

Vaxtında icra olunan əməliyyatlardan sonrakı nəticələr adətən qənaətbəxş olur. Bəzən əməliyatdan sonra bəzi ağırlaşmalar rast gəlinir.

  • Fistula-uretranın hansısa bir yerindən sizma, yenidən dəlik formalaşması;
  • Sidik kanalının daralması;
  • Cinsiyyət üzvünün deformasiyası;
  • Orqanda nekroz;

Hipospadiya vaxtında müalicə olunmadıqda;

  • Cinsi münasibətdə problemlər;
  • Cinsiyyət üzvünün qeyri-təbii görünüşü;
  • Penisdəki deformasiya ( əyrilik ) ilə bağlı cinsi əlaqə zamanı rahatsızlıq;
  • Sonsuzluq (spermanın uşaqlıq yolunun arxa divarına çata bilmədiyindən);
  • Sidik ifrazı çətinləşməsi bu xəstələrdə, sidik kisəsində qalıq sidik qalmasına, bu isə böyrəklərdə və prostat vəzisində xronik iltihaba səbəb olur.

Hipospadiyanın profilaktikası

  • Hamiləlik zamanı ananın zərərli vərdiş və amillərdən uzaq durmansı ( alkoqol, siqaret, əsassız dərman qəbulu, stress və s.);
  • Hamiləlik bitənə qədər ginekoloqun daim nəzarətində olmaq;
  • Planlaşdırılan doğuma vaxtında hazırlanmas;
  • Hipospadiyalı uşaq doğulduğu zaman ilk 6 ayda uşaq cərrahına müraciət etmək.

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız
Növbəti Hipospadiya əməliyyatımız

Növbəti Hipospadiya əməliyyatımız

Hipospadiyalara (Peyğəmbər sünməti) davam- 88. Ən ağır formalardan olan Penoskrotal Hipospadiya bir dəfə başqa mərkəzdə…

Təkrari Subcoronal Forma Hipospadiya

Təkrari Subcoronal forma Hipospadiya

Başqa mərkəzlərdə Subcoronal forma Hipospadiyaya görə əməliyyat keçirmiş pasientdə əmliyyatdan sonra sidik kanalının xarici dəliyinin…

İkietaplı Növbəti Uğurlu Hipospadiya əməliyyatı

İkietaplı növbəti uğurlu Hipospadiya əməliyyatı

Ən ağır xayalıq forma Hipospadiya (Peyğember sünnəti). Sidik çıxarıcı kanal hər iki xayanın ortasına açılır,…

Back To Top