skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
18765647 428682670820420 4367647444430016462 N

Peyğəmbər sünnəti-Hipospadiya nədir?

Hipospadiya nədir?

Hipospadiya sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucunda deyil alt səthində bir yerə açılmasıdır.Bu anomaliyada cinsiyyət orqanının baş hissəsi ön tərəfdən dəri ilə örtülmədiyindən bunu çox zaman peyğəmbər sünnəti də adlandırırlar. Belə uşaqlar böyük yaşlarda sidiyə adətən oturaraq gedir.

Hanı tipləri var?

Sidik kanalının xarici dəliyinin açıldığı nahiyyədən asılı olaraq hipospadiyanın bir neçə forması var. Belə ki, glanular formada sidik kanalının xarici dəliyi  cinsiyyət orqanının başına , subkoronal formada cinsiyyət orqanının başı ilə cisminin sərhəddinə, distal penil formada cinsiyyət orqanının baş hissəsinə yaxın, midshaft formada cinsiyyət orqanının cisiminin orta hissəsinə, proksimal penil formada cinsiyyət orqanının başlanğıc hissəsinə , penoskrotal formada cinsiyyət orqanı ilə xayalığın arasına, skrotal formada xayalığa, perineal formada aralıq nahiyyəsinə açılır.

Hipospadiyalı xəstələrdə yanaşı anomaliyalara rast gəlinirmi?

Hipospadiyalı xəstələrdə yanaşı olaraq kriptorxizm, qasıq yırtığı sıx rastlanır. Yanaşı xəstəliklər əsasən ağır formalarda-penoskrotal,skrotal,perineal hipoaspadiyalarda olur.

 

Hipospadiya Hansı yaşda müalicə edilməlidir?

Hipospadiyaların müalicəsi üçün ideal yaş 6-18 ay arasıdır. Belə ki, bu yaş dövründə icra edilən əməliyyatlar uşaq orqanizmi tərəfindən daha yaxşı qəbul edilir, əməliyyatdan sonra daha az fəsadlaşma qeyd edilir.

 

Necə müalicə edilir?

Hipospadiyanın müalicəsi cərrahi yolladır. İndiyə qədər hipospadiyanın müalicəsi üçün 350 dən çox əməliyyat növü tətbiq edilmişdir. Bu əməliyyatların çoxu bir birinin modifikasiya edilmiş formaları olub əsasən eyni  prinsiplərə əsaslanır. Hipospadiyaya görə icra edilən əməliyyatların əsas məqsədi aşağıdakılardır:

Sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucuna gətirilməsi.

Əgər varsa cinsiyyət orqanındakı əyriliyin aradan qaldırılması.

Sidik kanalının uca gətirilməsi üçün, kanalın çatışmayan hissəsi digər toxumalar hesabına formalaşdırılır və möhkəmləndirilir. Bu məqsədlə sünnət dərisindən də istifadə edildiyindən hipospadiyası olan uşaqların sünnət edilməməsi çox önəmlidir.

 

Əməliyyatdan sonra hansı ağırlaşmalar ola bilər?

İlkin dönəmdə rastlanan ağırlaşmalara qanama, tikişlərin açılması , yaranın  irinləməsi və fistulun əmələ gəlməsi daxildir.

Fistulun əmələ gəlməsi daha çox sidik axınını təmin etmək üçün sidik kisəsinə daxil edilmiş kateterin tutulması , vaxtı vaxtında yuyulmaması, yaxud vaxtınnan qabaq çıxarılması nəticəsində baş verir. Belə ki, sidik yara nahiyyəsində hər hansı bir yerdən xaric olmağa başlayır.

Gec dönəmdə yaranan ağırlaşmalara isə darlığın formalaşması, cinsiyyət orqanında yenidən əyriliyin və deformasiyanın əmələ gəlməsi, divertikulun yaranması aiddir.

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız
Pilorostenoz Ramsted Pilloromiotamiyası

Pilorostenoz Ramsted Pilloromiotamiyası

Bugün 20 günlük bebişdə Pilorostenoza görə Ramsted Pilloromiotamiyası icra etdik. Yenidoğulmuş körpələrdə birinci-ikinci həftədən başlayaraq…

Hidronefroz 3 Dərəcə. Pieloplastika. Hidronefrosis.

Hidronefroz 3 dərəcə. Pieloplastika. Hidronefrosis.

Daha bir 6 aylıq balaca pasientdə 3 cü dərəcə Hidronefroz böyrəkdən çıxan sidik axarının darlığı…

Xayalıq Forma Hipospadiya ( Peyğəmbər Sünnəti). Scrotal Hypospadias Surgery. Bracka 2 Technique

Xayalıq Forma hipospadiya ( Peyğəmbər sünnəti). Scrotal Hypospadias surgery. Bracka 2 technique

Scrotal Hypospadias surgery. Bracka 2 technique Daha bir Hipospadiya ( Peyğəmbər sünnəti). Birdəfə uğursuz əməliyyat olunmuş…

Back To Top