skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
Safe Image

Rektal forma Hisprung və Düzbağırsaqla büzdüm sümüyü arasında törəmə

Çox maraqlı və çətin əməliyyatlardan.
4 yaşlı pasient 4 ildir qəbizlikdən əziyyət çəkir, bir neçə həkimlər tərəfindən baxılıb, Düzbağırsaqda darlıq deyilib, müalicələr yazılıb, hətta bujirovka belə olunub, amam heç bir xeyri olmayıb. Bizə müraciət etdikdə İriqoqrafiya müayinəsi etmək məsləhət gördük. İriqoqrafiyada Rektal Forma Hisprung xəstəliyi olduğu görüldü və əlavə olaraq, Sakral bölgədə sümük deffekti olduğu aşkar olundu. Sakral defektinə görə Kompuyter tomoqrafiya müayinəsi olunması məsləhət görüldü. KT müayinəsində Skimitar sakrum anomaliyası aşkarlandı və rektal forma Hisprunq xəstəliyi təsdiqləndi və əlavə olaraq düz bağırsaqla büzdüm sümüyü arasında törəmə tapıldı, bu dəfə törəməyə görə MRT müayinəsi olunması məsləshət görüldü. MRT də Büzdümlə düz bağırsaq arasında Anterior Teratoma və ya Anterior Meningomyelocele olduğu deyildi, planlı olaraq əməliyyata hazırlandı.
Əməliyyat: Aşağı laparatom kəsiyi ilə enən çəmbər bağırsaq, genişlənmiş S-vari bağırsaq və düzbağırsaq sfinktral hissəyə qədər mobilizasiya olunub ayrıldı. Düz bağırsaq altında Peresakral fassıya açılaraq törəmə aşkarlandı, anterior Meningomyelocele və törəmə xaric edildi. Sonra Düz bağırsaq xaricdən Soave metodu ilə İntrasfinktral mobilizasiya olundu, daralmış düz bağırsaq və genişlənmiş S-vari bağırsaq xaricə çıxarıldı. Enən çəmbər bağırsaq Pexbeyn meyodu ilə dərin ön Kolorektal anastamoz olundu. Göstərdikəri böyük Dəstəyə görə bütün əməliyyat ekipinə dərin təşəkkürlər.

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız
Qida Borusu Atreziyası

Qida borusu atreziyası

Qida borusu atreziyası, yəni anadangəlmə qida borusunun olmaması. Yeni doğulmuş pasient ilk qidalanma aktı zamanı…

Penoskrotal Forma Hipospadiya

Penoskrotal forma Hipospadiya

El arasında peyğəmbər sünnəti deyilən, əslində isə patalogiya olan Hipospadiya gələcəkdə böyük problemlər və ən…

Bağırsaq Keçməməzliyi

Bağırsaq keçməməzliyi

Qarnında kəskin ağrılar, köp, qusma və nəcis ifrazının olmaması şikayəti ilə başqa klinikadan bizə göndərilən…

Back To Top