skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
TEZ-TEZ SORUŞULAN SUALLAR

Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.

Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.

Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər..

Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

ONLAYN SUAL-CAVAB

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.

Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.

Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.


Əgər Email ünvanınızı qeyd etsəniz, sualınızın cavablandırıldığına dair bildiriş alacaqsınız.
  • Nubar 23 İyun 2018
    Salam oglum 5y awindadi cole cixa bilmir. Otracagnda nese oldugunu duwunruk. Bir de korpe vaxti bagrsagnda irin kimi nese varydi cerrah cirtmiwdi. O yeniden cixa bilermi ..

    salam bayıra çıxa bilmirsə yoxlamaq lazımdır İrqoqrafiya. hansı ki popasında irinləmənin olması paraproktitdir təkrar yaranma şansı var
  • Uğur 23 İyun 2018
    Salam həkim. oğlum (üzr istəyirəm ifadəmə görə)8aylıqdır. Oğlumda hipospadiyas var həmdə ağırdır. Əməliyyat planlaşdırırıq ancaq bilmək istəyirəm siz neçə faiz zəmanət verə bilərsiniz ki əməliyyat başarılı olsun. birdə bu uşağın sonzuz olmama şansı varmı. Həkim hipospadiyanın ağırıdı səhf etmirəmsə skrotaldır. Siz neçə ay bundan qabaq müayinə etmisiniz və demisiniz 8 ayı bitsin elə. Ancaq ətraflı bilmək istərdim.

    salam en yaxşısı əlaqəsaxlayın 0506729224 izah edək sizə bütün nüansları
  • Agarehim 23 İyun 2018
    Salam doktor.menim oğlum 1.9 ayligdi.xayasinin 1de gemangioma var.anadan gəlmədi. .bir az sovrulub gedib biraz qalib.meslehetinize ehtiyacim var.

    salam hemangioma böyümürsə toxunmnaq lazım deyil.
  • Rafail 27 Aprel 2018
    Salam Togrul hekim.uwagi sunnet etdirmek ucun cerraha apardim.cerrah ise daha 3 qusur tapdi.dil alti perde,qarin yirtigi,sag xayanin soldan boyuk olmasi.bu dordun birden emelliyat etmek qorxulu olar? Uwaq 1 yaw 7 ayliqdi.meslehetinize cox ehtiyacim var.evvelceden tewekkur edirem.

    Salam baxmaq lazımdır bəlkədə hər.ey qaydasındadır heç əməliyyata ehtiyacı yoxdur . 3 qüsür varsa əgər bir yerdə etmək olar
  • Elvin 27 Aprel 2018
    Salam necesiz?usagda agizda agizsuyunun coxolmasi refluile e lageli olabiler??

    SALAM REFLUKS OLA BILER AMA DAHA COX QURD XESTELIKLERI ILE BAGLILIGI VAR
  • Vusale 19 Aprel 2018
    Salam.Doktor siz tupurcek vezisinde yaranan kistoz toremeni emeliyyat edirsiniz?Evvelceden tewekkur edirem.

    salam beli edirik
  • Yunis 17 Aprel 2018
    Salam oglumu sunnat etdikdan sonra xayasi qaralib

    salam baxmaq lazimdir probemi nededir belkede balaca hematoma verib deyedir
  • Ad qeyd olunmayıb 29 Mart 2018
    Mənim 4yaşlı qızım çanaq qrijasından əməliyyat olunub.2ay keçməmiş bud qrijası yaranıb.Nə məsləhət görərsiniz?

    Dəqiq baxmaq lazımdır və ultrases müainəsi şərtdir.
  • eynur 29 Mart 2018
    Salam doktur.Sizi bir meseleye gore narahat edirem.Bizim ushagin 3.6 yashi var ve uzi.de onun sag boyreyinde 6mm boyume ve hidronifroz diaqnizu qoyublar.Biz onu ilkin olaraq nece mualice ede bilerik mumkunse komeklik gostererdiniz.Onceden tesekkur edirik.

    salam ekskretor uroqrafiya etmek lazimdir. baxmaq meslehetdir
  • Batıxan 14 Mart 2018
    Salam həkim. Həkim oğlum 5aylıqdı. Hipospadiyası var. Neçənci ayında əməliyyat oluna bilər. Birdə müayinə zamanı yırtıq olduğu dedilər. Əməliyyatdeyirlər. Çox naratam bu əməliyyatlar uşağın gələcəyinə təsir edəcək.

    salam Hipospadiya 8-12 ayinda emeliyyat olunmalidir
Back To Top