skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
TEZ-TEZ SORUŞULAN SUALLAR

Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.

Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.

Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər..

Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

ONLAYN SUAL-CAVAB

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.

Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.

Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.


Əgər Email ünvanınızı qeyd etsəniz, sualınızın cavablandırıldığına dair bildiriş alacaqsınız.
  • kenan 7 Mart 2017
    salam hekim men size yazmisdim iriqoqrafiya olunmalidi yazmisdi sizin islediyiniz yerde iriqoqrafiya olunur?oglumu yaniniza getirmek isteyirem ama maddi cehetten problemimiz var deye uzanir endirm etseydiniz gunu sabah gelerdik korpem cox eziyyet xais eleyirem mene tez cvb yazasiniz

    SALAM narahat olmayin getirin komek ederik size
  • Kenan 20 Fevral 2017
    Sizin yaniniza muaniyeye gelmek isteyirik.qebulun odenisini deyerdizde zehmet olmasa

    Salam gəlin baxarıq narahat olmayın.
  • Ad qeyd olunmayıb 20 Fevral 2017
    Salam hekim menim oglumun 2 yasi var korpe vaxtindan hardasa 2 ayindan sanci ve gucenerek necis eleyirdi necisi normal ve her gun eleyirdi mualice olaraq pehriz ve laktuza terkibli derman yazdilar ama mualicenin xeyri olmadi.boyudukce sancilar coxaldi cop,pis qoxu ve qebzlik yarandi necisi normaldi ama 2 -3 gunden bir sanci ile cixir

    Salam uşaqa mütləq baxmaq yoxlamaq lazımdır Hisprung xəstəliyi ola bilər. mütləq İriqoqrafiya olunmalıdı uşaq.
  • Kəmalə 8 Fevral 2017
    Salam doktor, mənim 7 aylıq qızımın sol əlinin baş barmağı qatlandığı zaman kilidlənir və açılmır, yalnız massaj etdikdə 3 -5 dəqiqə ərzində çıqqıltı səsi eşidilərək tam açılır. Stenozedici laqimentit yaxud Nott xəstəliyinin əlamətləri var. Siz belə halla rastlaşmısınızmı? Bunun müalicəsi mümkündürmü?

    salam uşağa baxmaq lazımdır vı bir neçə müainələrdən keçməlidir.
  • Orucova Şahane 1 Fevral 2017
    Doctor menim oğlumun 6 yaşı var.anadan gelme anal deliyi bağlı dunyaya geldi.3 emeliyyat olub.hal-hazirda necisini saxlaya bilmir.xahiş edirem cavb yazasiniz.

    Salam baxmaq lazımdır uşağa və anus ətrafı əzələlərin funksiyasını yoxlamaq lazımdır.
  • Ad qeyd olunmayıb 14 Yanvar 2017
    Salam hekim menim oglumun 3 yası olacaq ve peygenber sunnetdi bilmek isterdim hansi yasda emelyat olsa daha yaxsidi ve emlyat

    Salam Peyğəmbər sünnəti yəni Hipospadiyası olan uşaqları sünnət etmək olmaz kəsilib atılan dəri əməliyyatda yerli material kimi istiadə olunur. Hipospadiya əməliyyatına göstəriş ən yaxşı yaş həddi 1 yaşdır. vaxtında əməliyyat olmadıqda orqanda əyrilik, sonsuzluq və psixaloji problemlər yaradır.
  • Ad qeyd olunmayıb 4 Yanvar 2017
    Salam hekim menim oglumun 3 yası olacaq ve peygenber sunnetdi sunnetde olub bilmek isterdim hansi yasda emelyat olsa daha yaxsidi ve emlyat nece saat olur ve xestexanada nece gun qalir tam ne vaxta sagalir birde emelyat olmasa gelecekde hansi problemler ola biler ve gelecekde evladi olmamaqla bagli problem olmayacaq

    Salam Peyğəmbər sünnəti yəni Hipospadiyası olan uşaqları sünnət etmək olmaz kəsilib atılan dəri əməliyyatda yerli material kimi istiadə olunur. Hipospadiya əməliyyatına göstəriş ən yaxşı yaş həddi 1 yaşdır. vaxtında əməliyyat olmadıqda orqanda əyrilik, sonsuzluq və psixaloji problemlər yaradır.
  • Musayeva Vüsalə 10 Dekabr 2016
    Salam doktor qızım 3 aylığından 1 yaşına qədər 3 dəfə anusun atreziyasından əməliyyat olunub.Hal -hazırda vəziyyəti yaxşıdı,ancaq çox narahatam gələcəkdə bu ona nə fəsad törədə bilər,yəni onun ana olmasında problem yaşaya bilərmi?

    Salam heçbir problem yoxdusa narahat olmağa dəyməz. Hansı forma atreziya olub uşaqda
  • heyder 5 Dekabr 2016
    salam Hekim menim size sualim yirtiq emelyyatini necie edirsiz

    salam məm laporoskopik edirem kəsiksiz balaca nöqtə yeri qalır ve əməliyyat 5 dəyqə çəkir  
  • yeqa 26 Noyabr 2016
    Salam həkim oglumun 9yaşı var sidiy kanalının dəliyi cox balacadır,sidiyə getdikdə gec qurtarır bunun gələcəkdə problemi olarmı?əvvəlcədən təşəkkür edirəm.

    Salam əgər sidik kanalının dəliyi balacadırsa sidik fontan şəkilində çıxırsa mütləq baxmaq lazımdı və Ultrasəs müainəsindən keçirdib böyrəklərə, sidik kisəsinə baxmaq lazımdı.
Back To Top