skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
TEZ-TEZ SORUŞULAN SUALLAR

Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.

Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.

Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər..

Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

ONLAYN SUAL-CAVAB

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.

Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.

Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.


Əgər Email ünvanınızı qeyd etsəniz, sualınızın cavablandırıldığına dair bildiriş alacaqsınız.
  • Ad qeyd olunmayıb 15 Noyabr 2016
    salam doktor men size agstafa rayonundan yaziram men 36 yawindayam37 heftelik hamileyem korpede nazik bagirsaq atreziyasi diaqnozu qoyulub doguw vaxti noyabrin 16 na teyin edilib sizden xahiw edirem meslehet veresiniz korpeni ne vaxt emeliyyat etdirmeliyik emeliyyat ucun odeniw meblegi ne qederdi bu cur emeliyyatlarda olum riski varmi xahiw edirem cavabi tez yazasiniz evvelceden tewekkur edirem

    Salam nazik bağirsağın atreziyası emeliyyatla düzələn patalogiyadı, formasından asili olmayaraq doğulan kimi əməliyyat olunmalıdı. Sadəcə ağir forma atreziyalarda ölüm faizi çoxdu. 36 həftəlik hamiləliyi sonlandirmaq düzgün deyil
  • Orxan 1 Noyabr 2016
    Salam həkim, kriptorxizm yetkinlik yaşında əməliyyat edilərsə 100% sonsuzluq aradan qalxırmı, yoxsa əmin olmaq olmaz?

    Salam egər gec əməliyyat olunubsa problem yarana bilər və esas xayanın strukturu normal olub olmadıgına baxmaq lazımdı.
  • Ad qeyd olunmayıb 1 Noyabr 2016
    hekim sizi yene narahat edirem bagiwlayin cavabinizi oxudum xahiw edirem yazasiniz nazik bagirsaq atreziyas iemeliyyatinin odeniw meblegi ne qederdi

    Salam qiyməti dəqə demək çətindi uşağın klinikada yatışından istifadə olunan dərmanlardan küveyzdən asılıdı, əməliyyatı pulsuzda ede bilərik problemsiz.
  • Ad qeyd olunmayıb 29 Oktyabr 2016
    salam men 36 heftelik hamileyem uwaqda nazik bagirsagin atreziyasi diaqnozu qoyulub amniotik 166 mikonium awkar olunmayib olcusu 4mm uwagin cekisi 2050q mene hamileliyi sonlandirmagi meslehet gorurler xahiw edirem bununla bagli meslehet vererdiz uwaq dogula bilermi ve ya dogulduqdan sonra neylemeliyik olum ehtimali varmi evvelceden tewekkur edirem

    Salam nazik bağirsağın atreziyası emeliyyatla düzələn patalogiyadı, formasından asili olmayaraq doğulan kimi əməliyyat olunmalıdı. Sadəcə ağir forma atreziyalarda ölüm faizi çoxdu. 36 həftəlik hamiləliyi sonlandirmaq düzgün deyil.
  • Konul 29 Oktyabr 2016
    Salam hekim.korpe yaşda uşağa narkozun verilmesi gelecekde her hansi probleme yol açarmi?

    Salam. Əgər düzgün uşaqlar üçün narkoz seçilibsə dermanlar düzgün təyin olunubsa heçbir problem olmaz. artıq müsir zamandı narkotik preporatlarda əlavə yan təsirləri azalıb.
  • Cavid 2 Oktyabr 2016
    Şənbə günləri işləyirsiniz?

    Bəli, işləyirəm
Back To Top