Uşaqlarda Anadangəlmə Diafraqmal Yırtıqş torakoskopik Əməliyyat

Uşaqlarda anadangəlmə diafraqmal yırtıq (ADY) – diafraqmanın inkişaf qüsuru olub, qarın boşluğu orqanlarının döş qəfəsinə keçməsi ilə xarakterizə olunur. Bu zaman ağciyərlər kifayət qədər inkişaf etmir (hipoplaziya) və ağır tənəffüs çatışmazlığı yaranır.

 


 

Anatomiya və növləri:

 

  • Ən çox Bochdalek yırtığı (95%) – sol tərəfdə.
  • Daha az Morgagni yırtığı – sağ tərəfdə.

 

Patofiziologiya:

 

  • Qarın boşluğu orqanları döş qəfəsinə keçir → ağciyərin hipoplaziyası və damarların anormal inkişafı → ağır pulmonar hipertenziya.

 

Klinik əlamətlər:

 

  • Doğulduqdan dərhal sonra: 
    • Şiddətli tənəffüs çatışmazlığı
    • Siyanoz
    • Qarın boşluğunun “boş” görünməsi, döş qəfəsinin asimmetriyası

     

  • USM-də prenatal diaqnoz mümkündür.

 

Diaqnostika:

 

  • Prenatal USM – yırtığın və qarın orqanlarının döş qəfəsində görülməsi.
  • Doğuşdan sonra rentgenoqrafiya – qarın orqanlarının döş qəfəsində kölgəsi.

 

Müalicə prinsipləri:

 

  1. Doğuşdan sonra dərhal endotraxeal intubasiya (maskalı ventilasiya olmaz, çünki qarın daha da şişir).
  2. Stabilizasiya – tənəffüs dəstəyi, qan qazlarının normallaşdırılması, pulmonar hipertenziyanın idarəsi.
  3. Cərrahi əməliyyat – vəziyyət stabilləşdikdən sonra diafraqma defektinin bərpası və qarın orqanlarının yerinə qaytarılması.

 

Proqnoz:

 

  • Ağciyərin hipoplaziyasının dərəcəsindən və pulmonar hipertenziyadan asılıdır.
  • Erkən diaqnoz və reanimasiya dəstəyi sağ qalma şansını artırır.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.