Tez-tez soruşulan suallar
Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.
Onlayn sual-cavab
Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
Salam doctor, menim bir sualim var 4 ayinin icindedi her defe kakw edende kakisindan lopa tuk olur pampresde imenni kaks edende iwiyende olmur . Sizce men ne ede bilerem? Xais edirem cavablandirin allah razi olsun sizden 🙏🏻
salam belke sacini yeyir ve ya anasinin sacini Trixofagiya deyilenbir xestelik var
Salam doktor mənim 7aylıq oğlum var.onun qulaq arxasında şiş var kistaya oxşayır(bilmirik həll yolun,və nə olduğunu).ona zəhmət olmasa baxıb nə olduğunu bizə deyə bilərsiz zəhmət olmasa .öncədən təşəkkürlərimi bildirirəm.
salam baxmaq lazimdir ve usm etmek sertdir/
Salam doktor. Uşağın 11 yaşı var. Xayaları yerindədir, amma penis kiçikdir. Knopka kimi görünür. Nə məsləhət görürsünüz?
salam batiq penis olabiler baxmaq lazimdir
Salam hipospadia emeliyyatinin qiymeti ne qederdi?usaq Hal hazirda 2 ayliqdi
salam 2 ay emeliyyat ucun tezdir. baxmaq lazimdir hansi froma hipospadiyadir. elaqe saxlayib getirin baxaq deqiq melumat vererik
Salam doktor. Uşağin 8 yaşi var. Bir neçe gün ishlal oldu 2 defe qusma ve tez-tez qicqirmasi olurdu ağzina aci dad gelirdi. Yemek yeyende medesi agrayirdi. Urek bulanma verirdi. Usm etdik öd menfezinde 4 mm polip dediler. Hekim pehriz yazdi. 1 hefte saxladiq. Basqa klinikada tekrar usm etdim polip aşkar edilmedi. Polip gorsenmeye bilir? Bu ne ola biler? Cavabiniz üçün teşekkur edirem
salam usm de polip gorunur bezen qabirga kolgesi polip kimi gorune bilerki bu zaman Kt muayinesi kecmek tovsiyye olunur
Salam Doktor uşaq 4 aylıqdı bağırsağında kista var bağırsağın selikli qişasının üstündədir doğulduqdan bir həftə sonra USM oldu 2.4 idi ölçü indi uşaq 4 aylıqdır ölçü 3.8 olub sadəcə kistadır deyirlər bu vəziyyət əməliyyat gərəkir?? Yoxsa hansısa müalicələrə keçə bilər???
salam cox guman bagirsaq ikilesmesi dediyimiz duplikasion kistadir. deqiq baxmaq lazimdir ne qederki kicikdir olcusu bagirsaga bir zerel vermeden cixartmaq tovsiyye olunur amma diaqnozu tam deqiqlesdirib sonra. elaqe saxlayib getirin baxaq
Salam hekim. 16 yaşım var qarnımda tez-tez ağrılar olurdu ve rentgenden keçdim görülene göre göre yoğun bağırsağda siş kimi bir şey var deqiq bilinmir nedir bu problem meni çok narahat edir sizce tebii ki pasiyeti görmeden deqiq bir şey deye bilmersiz amma yenede bir hekim kimi fikrinizi örgenmek istiyirem sizce yoğun bağırsaq xerçengi ola biler mi ?
salam KT muayinesi kecib deqiqlesdirmek lazimdir/
Salam menim usagmin 3 yasi var qizdi tez tez sidiye gedir analiz verdik boyreklrin uziye saldiq hec bir prabilem cixmadi neden ola biler?
salam sidiye gedendə göynəmə hissi varmi? sistik ola bilər. sidik kisəsinin usm baxmaq lazimdi
7 aylıq körpəyə mixekli su veya maye vermək olarmı?Birde körpənin başı isti olur və müəyyən qədər də olsa böyükdür deyillər . Neden olar. Çox xahiş edirəm cavablandirasiniz.
salam yaxşi bir pediatora müraciət edin
Usagim 8 ayliqdi yaxsi yemir
pediatorunuzla məsləhətləşin