Uşaq cərrahiyyəsi üzrə əhatə olunan xəstəliklər

Yeni doğulmuş körpələrin cərrahiyyəsi və qazanılmış uşaq cərrahi xəstəlikləri

Yeni doğulmuşlarda anadangəlmə qüsurlara bunlar daxildir:

  • Məşğul olduğumuz problem anadangəlmə qida borusu, ağcıyər qüsurlarıdır;
  • Həmçinin anadangəlmə atreziyalar Mədə-bağırsaq sisteminin bağlı olması eləcə də;
  • Mədə-onikibarmaq bağırsağın anadangəlmə daralmaları olan körpələr;
  • Uşağın anusunun bağlı olması, yəni böyük bayıra getdiyi yerin bağlı olması;
  • Və habelə sidik yollarında qüsurların olması;
  • Bundan başqa uşaqlarda anadangəlmə cinsiyyət üzvlərində problemlər. Qız uşaqlarında vaginal atreziya və sairə. Bundan başqa oğlan uşaqlarında penisin anadangəlmə qüsurları olur. Bəzən sidik kisəsinin dəliyi xayaların, yumurta torbalarının arasında olur. Eləcə də dəliyin cinsiyyət üzvünün altında və ya üstündə olmasına da rast gəlinir. Bunlar Hipospadiya adlanır, el arasinda Peyğəmber sünnətidə deyirlər. Bundan başqa cinsiyyət üzvünün anadangəlmə əyri olması kimi qüsurlar olur.

Uşaq cərrahiyyəsində digər bir sahə uşaq endoskopik cərrahiyyəsidir. Bura bronxoskopiya, sistoskopiya, laporaskopiya, rektoskopiya daxildir. Uşaq cərrahiyyəsinə kriptorxizm, yırtıqlar, o cümlədən ağciyər və qaraciyərin kistaları da daxildir.

Qeyd eliyim ki, uşaqlarda qaraciyərin exinokokk mənşəli kistaları olur ki, bunlar da ev heyvanları, xüsusən itlərin saxlandığı evlərdə, məkanlarda yaşayan uşaqlarda rast gəinə bilir. Exinokokkun parazit törədən hüceyrələri itlərin gəzdiyi yerlərdə əmələ gələ bilir, laparaskapik əməliyyatla bütün növ kistalar aradan qaldırılır. Həmçinin ağciyər kistalarını da daha mütərəqqi üsullarla müalicə edirik, torakoskopik əməliyyatı edirik.

Qarın boşluğunda appendisitlər, öd kisəsi, öd yollarında problemləri, qız uşaqlarında yetkinlik yaşlarında əmələ gələn kistaların götürülməsi və bu kimi qazanılmış xəstəlikləri laporaskopik əməliyyatlarla müalicə edirik.

Uşaq cərrahi xəstəliklərinə misal olaraq, üz nahiyəsində damar mənşəli hemangiomaları da qeyd etmək istərdim. Artıq dərmanla hemangiomaları yox edə bilirik. Dərmanla bunlar 3-4 aya yox olub gedir. Hətta uşağın üzünü tamamilə əhatə edən böyük şişləri belə.

Körpə uşaqlarda rast gəlinən kriptorxizm probleminin üzərində daha geniş durmaq istərdim. Çünki bu kimi hallar vaxtında müalicə edilmədikdə nəticə etibarilə təkcə uşağın doğulduğu ailənin deyil, ümumən cəmiyyətimizin sosial probleminə çevrilir.Yəni həmin uşaq gələcəkdə böyüyüb ailə qurduqdan sonra sonsuz ola bilər.  Kriptorxizm körpələrdə xayanın aşağıya, xayalığa düşməməsidir.

Bundan başqa uşaqlarda anarxizm, yəni xayanın heç olmaması kimi patologiyaya da rast gəlinir. Ümumiyyətlə ana bətnindəykən körpədə xaya ümiumiyyətlə böyrəyin yanında inkişaf etməyə başlayır. Hamiləliyin 6-7-ci aylarında artıq kanala düşüb xaya torbasına doğru irəliləyir. 7-8 aylığında artıq torbada olmuş olur. Bəzən kanal dar olur və ya damar problemi və ya hormonlar ilə bağlı və sairə səbəbdən xaya xayalığa düşmür. Uşağın xayalığına əllə toxunduqda baxırıq ki, xayalar qarın boşluğundadır, öz yerində deyil. Uşaq dünyaya gələndən sonra belə hal göründükdə biz 6 ayına qədər öz-özünə enmə prosesini gözləyirik. Uşağın 6 aylığından başlayaraq laporaskopik ve mini invaziv mikrocerrahi usulla ilə xayanı xayalığa endiririk.

Bəzən xayanın xayalıqda olmaması ikitərəfli olur. Bu ciddi bir nəticələrə səbəb olur. Xayaların qarın boşluğunda uzun illər qalmasına imkan vermək olmaz. Bu ən ağır patologiyalardan biridir.Yox əgər bir tərəfli olarsa uşaq yenə də gələcəkdə sonsuzluq problıemi ilə üzləşməz. Hormon sintezi normal olar, uşağı ola bilər. İkitərəfli olanda çalışırıq bir tərəfi əvvəlcə aşağı salaq, sonra digər tərəfi. Əməliyyatı sırf peşəkarların icra etməsi vacibdir. Çünki burda uşağın gələcək taleyi həll edilmiş olur. Ona görə də valideynlərə tövsiyyəm odur ki, çox erkən yaşlarda oğlan uşaqlarını peşəkar uşaq cərrahlarında, uşaq uroloqlarında yoxlatdırsınlar. Düzgün diaqnoz qoyulsun və belə bir problem aşkarlanarsa vaxtında düzgün əməliyyat olunması lazımdır.

Uşaqlarda qəbizliklər də aktual mövzudur.

Qəbizliyin də cərrahi patologiyaları olur. Funksional qəbizliyi də uşaq cərrahları müalicə edir. Uşaqlarda funksional qəbizlik olanda bağırsaq genişlənə bilir. Bundan başqa anadangəlmə meqa colon (böyük bağırsaq) problemi də olur. Nəcis bağırsaqda yığılır və genişlənib torba kimi olur.  Ümumiyyətlə qəbizlik istər uşaqlarda, istərsə də gənc və yaşlı nəsildə ciddi narahatçılıqlara, hətta psixi pozuntulara da səbəb olur. Bunların aradan qaldırılması üçün həyat tərzinə diqqət yetirmək lazımdır.

Digər bir məsələni də vurğulamaq istərdim. Əvvəllki dövrlərə nisbətən yeni doğulmuşlarda anadangəlmə patologiyalar artıb. Bunun da təbii öz səbəbləri var. Qidaların düzgün qəbul edilməməsi, radiasiyaların artması, valideynlərdə infeksion xəstəliklərin vaxtında müalicə edilməməsi(Ailə qurmadan əvvəl check up deyilən analizlərin aparılmaması, ailə quran cütlüklərin yoxlanmaması, diaqnostikanın düzgün aparılmaması, gec ailə qurmaq problemi və sairə. Son zamanlar gənclərdə müayinələrin aparılması bir qədər intensivləşsə də təəssüf ki, doğulan körpələrdə anadangəlmə qüsurlar, patologiyalar artıb. Ona görə də insanlar öz həyat tərzində dəyişikliklər etməli, eyni zamanda uşaqların böyümə prosesinə lazımınca diqqət yetirməli, onlarda baş verən davranışları, fizioloji prosesləri izləməlidirlər.

Uşaqlarda sidik qaçırma problemi, yəni enurez də ciddi və tez-tez rast gəlinən bir problemdir. Uşaq bəzən gecə, bəzənsə gündüz sidiyini qaçırır. Əslində bu uşaqda yanaşı gedən anadangəlmə qüsurlarla, sinir pozuntuları ilə də əlaqədar ola bilir. Sidik kisəsində əzələlərlə və infeksiyalarla da əlaqədar ola bilər. Müalicə prosesində bu kimi səbəbləri araşdırıb tapırıq və müvafiq tərzdə müalicə tədbirləri görürük. Enurezin müalicəsində medikamentozdan istifadə edirik. Onu da əlavə edim ki, hazırda hər 5 uşaqdan 2-də enurez problemi var. Beləliklə hər 10 ailədən 6-7 bu problemlə üzləşir. Evdə narahatçılıqlar yaranır. Uşağın tez-tez paltarlarını, yatağını yumaq valideynlər üçün növbəti bir qayğı yaradır. Psixoloji narahatlıqlara səbəb olur.

Sonda qeyd eliyim ki, uşaq cərrahiyyəsində döş boşluğunda, qarın boşluğunda və anadangəlmə anomaliyalarda, qarın boşluğu orqanlarının travmalarında laparoskapik və mikrocərrahi üsulla bütün problemləri müalicə edirik.


Müəllif: PhD, Op. Dr. Togrul Omarov
Uşaq cərrahiyyəsi üzrə mütəxəssis