Uşaqlarda Hidronefroz və Transmezenterik Laparoskopik Pieloplastika.
Hidronefroz nədir?
- Hidronefroz – sidiyin böyrəkdə yığılması nəticəsində böyrək kasa və ləyən sisteminin genişlənməsi deməkdir.
- Uşaqlarda ən çox səbəbi ureteropelvik keçidin (UPJ) daralması/obstruksiyasıdır.
Müalicə prinsipi:
- Yüngül hallarda konservativ izlənilə bilər.
- Ağır dərəcəli hidronefroz, böyrək funksiyasının pozulması və ya infeksiyalar olduqda cərrahi müalicə – pieloplastika tələb olunur.
Transmezenterik Pieloplastika:
- Ənənəvi pieloplastika zamanı cərrah böyrək ləyəninə çatmaq üçün bağırsaqların arxasından dolanaraq kənara çəkməli olur.
- Transmezenterik yanaşma isə nazik bağırsaq mezenteriyasının arasından keçərək böyrək ləyəninə birbaşa qısa yolla çıxış imkanı yaradır.
- Bu üsul xüsusilə sol böyrək hidronefrozu zamanı tətbiq olunur.
Üstünlükləri:
- Daha qısa əməliyyat müddəti.
- Daha az toxuma travması.
- Böyrək ləyəninin daha optimal görüntü və manevr imkanı.
- Uşaqlarda tez sağalma və az fəsad riski.
Dr. Toğrul Ömərov
Uşaq cərrahı
Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Tel.: (050) 672 92 24