Kəskin obturasion bağırsaq keçməzliyi
3 gündür qarnında köp, ağrılar, dayanmadan qusma ilə axşam müraciət etmiş pasiyentə bir neçə yerdə baxılmış, problemi olmadığı deyilmişdir. Tərəfimizdən təcili apardığımız müayinələr nəticəsində, Kəskin obturasion Bağırsaq keçməməzliyi diaqnozu qoyuldu və əməliyyata alındı. Nazik bağırsağın terminal hissəsində (yoğun bağırsağa keçən hissəyə yaxın) bağırsaq daxilində sərt kütlə – yad cisim olduğu və bağirsağın daxilini tam tutduğu görüldü. Yeyunotamiya olunaraq, bağırsaq açıldı və daxilindəki yad cisim çıxarıldı. Ən maraqlısı isə yad cismin sərtləşmiş ət parçası olduğu görüldü. Sonradan valideynlərin dediklərinə əsasən məlum oldu ki, uşaq bir neçə gün öncə kabab yemiş və kabab bağırsaq keçməməzliyinə səbəb olmuşdur. Uşaqlarınızın düzgün qidalanmalarına diqqət edin.