Diafraqmal yırtıq.Congenital Diaphragmatic Hernia Repair. Bochdaleka herni.

9 yaşlı pasiyentdə təsadüfü müainə nəticəsində döş boşluğunda sağ ağciyərin alt hissəsində ağciyəri sıxan kütlə aşkarlandı. Apardığımız diaqnostik müainələr nəticəsində Uşaqlarda çox az rast gəlinən Bochdaleka hernia (diafraqmal yırtıq) olduğu aşkarlandı. Planlı oıaraq əməliyyata alındı böyük olçülü Diafraqmal yırtığ möhtəviyyatını tam mədə və onikibarmaq bağırsağın bir hissəsi təşkil edərək döş bosluğunda sağ ağciyərin alt hissəsində yerləşirdi. Əməliyyata Laparoskopik başladıq ama mədə döş boşluğunda sıx birləşmiş olduğuna və qida borusu qısa olduğuna görə açıq üsulla yırtığın ləğvi icra olundu. Diafraqmanın tamlığının bərpası və qida borusu mobilizasiya olaraq mədədnin qarınboşluğuna çəkilərək fiksasiyası icra olundu.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.