skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.

Göbək yırtığı. Пупочная грыжа

Uşaqlarda çox rastlanan və valideynlərini narahat edən göbək yırtığı.
Göbək yırtığı uşaq doğulduqdan sonar göbək kanalının bağlanmaması hesabına əmələ gəlir. 90% halda 3 yaşına qədər özlüyündən keçir.
Əlamətləri:
Uşaq ağlayan, gücənən zaman göbəkdə yaranan , artıb azalan şişkinlik göbək yırtığının əsas əlamətidir.
Göbək yırtığı ağrı, narahatlıq və əsasən həzm problemlərinə yol açır.
Müalicəsi:
Normada göbək yırtığı 3 yaşına qədər heç bir müalicə olunmadan öz-özünə keçir.
Əgər 3 yaşına qədər keçməmişdirsə, 1 dəfə belə olsun boğulma olmuşdursa, yırtıq defektinin eni 1.5 sm.dən böyükdürsə bu zaman yırtıq cərrahi yolla aradan qaldırılmalıdır.
Yırtıq boğulmasının ilk əlamətləri ağrı və narahatlıqdır. Daha sonra yaranmış şişkinlik getdikcə artır və şişkinlik üzərindəki dəri qızarmağa başlayır. Bunun ardınca uşaq yediyi qidanı qusmağa başlayır. Boğulma aradan qaldırılmadığı təqdirdə getdikcə qusuntu ödlə qarışıq sarı-yaşıl olmağa başlayır. Nəcis ifrazı olduğu təqdirdə nəcisində qanın olması artıq bağırsaq divarında dəyişikliklərin getməsindən ( bağırsaqda çürümənin getməsindən ) xəbər verir.
Yırtıq boğulması həyati təhlükəli bir haldır və təcili cərrahi müdaxilə edilməsini tələb edir.
Göbəyə dəmir pul (qəpik) yaxud bandaj qoyulması, sağalmaya bir təsir göstərmədiyi üçün heç bir məna kəsb eləmir.

Op. Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahi Op. Dr. Toğrul Ömərov uzunmüddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.

Tel: (050) 672 92 24

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız

Göbək yırtığı. Пупочная грыжа

Uşaqlarda çox rastlanan və valideynlərini narahat edən göbək yırtığı. Göbək yırtığı uşaq doğulduqdan sonar göbək kanalının…

Nazik bağırsağın atreziyası əməliyyatı

1700 qram doğulmuş uşaq doğulduqdan bir gün sonra qarnında kəskin köpün olması, ödlü qusma şikayəti…

Penoskrotal forma Hipospadiya

El arasında peyğəmbər sünnəti deyilən, əslində isə patalogiya olan Hipospadiya gələcəkdə böyük problemlər və ən…

Back To Top