Hipospadiya Xayaliq forma

Xəstə bizdən öncə başqa bir mərkəzdə 3 dəfə uğursuz əməliyyat keçirib. Orqanda ciddi deformasiya, əyrilik və orqanin dorzal hissəsinə dəri qrefti yiğiblar, lakin dəri qreftindən istifadə etmək olmaz, çünki bu dəridən tük bitəcək. Xəstəyə 1-ci etap əməliyyat icra etdik. 1-ci etapda orqan tam düzləndi, kavernalarda olan defekt fassiya ilə bərpa olundu, sidik kanali 2 sm-dən çox uzadilaraq xayaliq hissədən penoskrotal hissəyə keçirildi və bilateral fleb çevirərək uretral sahə yaradildi. 2-ci etap əməliyyat 6 aydan sonra planlaşdirilir.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.