
Hirschsprung Disease. Soave Pull-through surgery. Hirspurung xıstəliyi. Anadangəlmə qəbizilik.
Xəstə 2 ayliq olduqda bizə QƏBİZLİK və köp şikayətləri ilə bizə müraciyət etmişdir. Xəstə müayinə olundu, qarnının köplü və qurbağa qarni formasinda olduğu müəyyən edildi. Xəstəyə imalə olunduqdan sonra irrigografiya məsləhət görüldü. Aparilan müayinədən sonra xəstəyə rektosiqmoid forma HİRŞPRUNQ xəstəliyi diaqnozu qoyuldu.Xəstənin valideyinlərinə başa salindi ki, bir etapli ƏMƏLİYYAT üçün(kolostoma qoyulmadan) xəstə yaxsı hazırlanmalıdır, yəni vaxti vaxtinda bağirsaqlari nəcisdən və qazdan boşaldilmalıdır ki genişlənmə artmasın. Əlavə olaraq uşağın çəkisi 2.300 qramdir, ƏMƏLİYYATA tam hazır olması üçün çəkisi 5 kilonun üzərində olmalıdır.
Xəstə 4 ayliq olduqda 5.600 qram çəki ilə təkrar müayinəyə gəldi.İmalə olunaraq irrigografiya çəkildi və xəstənin ƏMƏLİYYATA tam hazır olduğuna qərar verildi. Xəstə 3 gün konservativ yatışa verilərək ƏMƏLİYYAT hazirliqları başlandı. Xəstə ƏMƏLİYYATA alındı.Ümumi anesteziya altında xəstəyə pozisiya verildi. Lone star RETRACTOR aləti ilə anoderma və pektineal zona kənara çəkildi. Dentale zonadan 2 sm daxilindən selikli qişa asqıya alınaraq çəkildi. Düz bağırsağın muskulyar kafı saxlanaraq daxilə doğru mobilləşdirildi. Çanaq dibi əzələlərinə çatdıqda muskulyar kaf kəsilərək qarın boşluğuna girildi. Bütün bağırsağın daralmiş və genişlənmiş hissə mezenterik damarlar mobilləşdirilərək çölə çəkildi. Tranitor zonaya keçişdə 30 sm məsafədə tam biopsiya alınıb və ekspress patohistoloji müayinəyə göndərildi. Biopsiyada sinir hüceyrələri aşkar olundu. Həmin zonadan 2 sm yuxarıdan bağırsaq kəsilərək kolo-anal anastomoz yaradıldı.
Postop 1-ci gün nəcis və qaz ifrazi sərbəstir.Pasiyent rahattir. Əməliyyatin 6-ci günü xəstə evə ğöndərildi.
