Nazik bağırsağın atreziyası əməliyyatı
1700 qram doğulmuş uşaq doğulduqdan bir gün sonra qarnında kəskin köpün olması, ödlü qusma şikayəti ilə neanatoloq tərəfindən gecə bizə müraciət olundu. Aparılan Rentgenoloji müayinə nəticəsində iki qaz puzuru (simptom “double-bouble”) göründü; Onikibarmaq bağırsağın fater məməciyindən sonra tam qapalı olması, nazik bağırsaqla birləşməməsi. Laparoskopik müdaxilə olundu, diaqnoz təsdiqləndi: Onikibarmaq bağırsağın hissəvi atreziyası (olmaması). Laparoskopik nazik bağırsaqla onikibarmaq bağırsaq arasında anastamoz olundu (yeyuno duodenal anastamoz). Bu patalogiya hər 6000-7000 uşağın birinde rast gəlinir.
Dr. Toğrul Ömərov
Uşaq cərrahı
Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Tel.: (050) 672 92 24