Anadangəlmə Bronxiogen kista

2 yaşlı pasient. Boynunun alt hissəsində döş qəfəsinə yaxın yerləşmiş, dəriyə yolu olan kista diaqnozu ilə bizə müraciət etmişdir. Valideyinlərin dediyinə görə, uşaq tez-tez xəstələnir, üç həftədən bir bəlğəmli öskürək olur, pediatr müalicəsini alaraq düzəlir. Kistanın böyüməsinə görə iki dəfə cərrahi müdaxilə olunub, ancaq kista tam çıxarılmadığına görə, təkrari irinləmə, ifrazatın olması baş vermişdir. Tərəfimizdən aparılan diaqnostik müayinələr nəticəsində Kistanın traxeyaya və qalxanvari vəziyə yolu olduğu görüldü (anadangəlmə Bronxiogen kista). Traxeya ilə əlaqəsi olduğuna görə tez-tez bronxit olub, xəstələndiyi bəlli oldu. Planlı olaraq əməliyyata alındı. Traxeyaya və qalxanvari vəzə olan yol bağlanaraq, Kista tam çıxarıldı. Histoloji müayinəyə göndərildi.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.