İkietaplı növbəti uğurlu Hipospadiya əməliyyatı

Ən ağır xayalıq forma Hipospadiya (Peyğember sünnəti). Sidik çıxarıcı kanal hər iki xayanın ortasına açılır, orqan əyri, çox deformasiya olmuş vəziyyətdə idi. Birinci etap – Snodgros metodu ilə sidik kanalı xayaların yuxarı hissəsinə, orqanın altına çəkildi, orqanın üzərində yerli material olmadığı üçün, arxa pülük dərisindən material (qreft) götürülərək orqana köçürüldü. İkinci etap- tam uretro plastikaya hazırlıq görüldü.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.