Anus dəliyinin atreziyası

Anus dəliyinin atreziyası, yəni anadangəlmə olmaması 45 günlük körpə qız anus dəliyi öz yerinə deyil, cinsiyyət yoluna açılır (Atreziya Anus Rektovestibulyar sviş). Əslində doğulan kimi ilk 10 günlükdə əməliyyat olunmalıdır ki, sonradan anus nahiyyəsindəki əzələlər atrofiya olmasın və gələcəkdə nəcis saxlaya bilməmək problemləri yaşamasın, amma pasientə 6 ayından sonra əməliyyat olunmalıdı deyilmiş idi. Qarnında köpün artması, bayıra zorla çıxması və getdikcə çəkisinin azalmasını görən valideynlər bizə müraciət etmişlər. Tərəfimizdən planlı olaraq hazırlandıqdan sonra əməliyyata alındı, anus dəliyinin bərpası icra olundu. Düz bağırsaq cinsiyyət yolundan ayrılaraq cinsiyyət yolunun alt divarı bərpa olundu və anus ətrafı əzələlər yoxlanılaraq düz bağırsaq öz yerinə gətirildi, normal anatomiya bərpa olundu. Pasient əməliyyatın 5-ci günü yaxşılaşma ilə evə yazıldı. Tezliklə video görüntüsünü paylaşacam.#doktor #usaqcerrahiyyesi #t #togrulomarov #usaqcerrahi #usaqcerrahiyyesi #atrezi #analatrezi #детскаяхирургия #атрезия#атрезияануса #pediatrikcerrah #pediatricsurgery #newborn #nevborn

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.