Atreziya Anus tip Kloaka. Kloakal Atreziya. Arxa Sagital Ano-Rekto-Vagino-Uretroplastika

Ən ağır forma Atreziya Anus Tip Kloaka (Kloakal Atreziya) – yəni sidik, cinsiyyət, düz bağırsaq və anus dəliyinin olmaması, bunların hamısının birləşmiş bir boruşəkilli yol halında olmasıdır. Bir yaş beş aylıq qız uşağı kolostoma daşıyıcısı (yəni qarının ön divarında süni nəcis ifrazı dəliyinin olması) bir neçə mərkəzdə hər  kəs tərəfindən imtina olunmuş, bu əməliyyatı “Azərbaycanda edən yoxdur” deyilmiş, pasient sonda bizə müraciət etmişdir. Bütün yoxlanışlardan və müayinələrdən keçdikdən sonra planlı olaraq əməliyyata aldıq. 8 saat sürən ağır əməliyyatda öncə Sistaskopla kloakal dəlikdən daxilə baxıldı, düz bağırsaq sidik kanalının sidik kisəsindən çıxan yerinə yaxın açıldığı və sidik kisəsinə sıx birləşdiyi görüldü. Əməliyyat Laparoskopik olaraq başlandı, daxildə düz bağırsaq sidik kisəsindən və ətraf toxumalardan laparoskopik metodla ayrıldı. Sonra sfinkter əzələləri qorunaraq aralıq nahiyəsindən büzdüm sümüyünə qədər arxa saqital kəsik açıldı. Sidik kanalı və cinsiyyət yolu yaradıldı, düz bağırsaq isə öz əzələlərinə məxsus yerə çəkildi, Arxa Sagital Ano-Rekto- Vagino-Uretroplastika olundu. Pasient 8-ci gün yaxşılaşma ilə evə yazıldı.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.