Apeniya – Cinsiyyət orqanının anadangəlmə olmaması

Apeniya- yəni Cinsiyyət orqanının anadangəlmə olmaması və sidik axarının düz bağırsağa açılması. Ədəbiyyatlarda belə bu haqda dəqiq məlumat yoxdur və çox nadir rast gəldiyi qeyd olunur. 3 aylıq pasient cinsiyyıt orqanının olmaması şikayəti ilə valideyinləri tərəfindən bizə müraciet olunmuşdur. Apardəğımız diaqnostik müayinılır və Kariotip analizi nəticəsində oğlan uşağı olduğu və sidik axarının düz bağırsağa yaxın açıldığı məlum oldu.
Planlı olaraq əməliyyata hazırlandı, pasientə yerli toxumalardan və Gortex adlı süni materialdan orqan yaradıldı. Sidik kanalı isə xayaların alt hissəsinə qədər çəkildi. Pasientı gələcəkdə 3 etap əməliyyatda gözləyir ki, buda sidik kanalının orqanın ucuna çəkilməsi və orqanın birazda böyüdülməsi olacaq.
Yaratdığımız süni orqan gələcəkdə sadəcə sidik ifrazında rol oynayacaq ki, buda uşağı yaşıdlarından fərqləndirməyəck və nəticə etibarı ilə psixaloji sarsıntı keçirməyəcək. Uşaq gələcəkdə ata olmaq şansı var ki, buda xayaların normal inkişafına görədir.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.