Aralıq forma Hipospadias. Perineal hypospadias: the Bilateral Based (BILAB) skin flap technique.
Aralıq forma Hipospadias.
Гипоспадия промежностная форма.
Ən ağır formalı Hipospadiya aralıq forma, belə pasientlərə Kariotip yəni Xromosom analizi verildikdən sonra bir neçə etapli əməliyyatla tam düzəldilir.
Birinci etap əməliyyat icra etdik. Orqan tam düzləndirilib çıxarıldı pülük dərisinin iç səthindən qreft götürülərək orqanın iç tərəfinə köçürüldü və beş ay sonra tam uretroplastikaya hazırlıq görüldü.
Perineal hypospadias: the Bilateral Based (BILAB) skin flap technique.
Hipospadiya sidik çıxarıcı kanalın anadangəlmə inkişaf qüsurudur. Bu zaman sidik kanalının xarici dəliyi normal yerində cinsiyyət üzvünün başında deyil, cinsiyyət üzvünün ön səthində, orqanın cismində, cinsiyyət orqanının kökündə və xayalıq yaxud aralıq nahiyəsində xaricə açılır.
Hipospadiya vaxtında müalicə olunmadıqda aşağıda qeyd etdiyimiz fəsadlar yarada bilir.
Cinsi münasibətdə problemlər.
Cinsiyyət üzvünün qeyri-təbii görünüşü.
Penisdəki deformasiya ( əyrilik ) ilə bağlı cinsi əlaqə zamanı rahatsızlıq.
Sonsuzluq (spermanın uşaqlıq yolunun arxa divarına çata bilmədiyindən).
Sidik ifrazı çətinləşməsi bu xəstələrdə, sidik kisəsində qalıq sidik qalmasına, bu isə böyrəklərdə və prostat vəzisində xronik iltihaba səbəb olur.