Ekstrofiya. Sidik kisəsi Ekstrofiyası. Экстрофия мочевого пузыря. Exstrophy of Bladder

Sidik Kisəsi Ekstrofiyası – sidik kisəsinin anadangəlmə inkisaf qüsurudur hansi ki, anadangəlmə sidik kisəsi  daxildə deyil xaricdə yerləşir. Sidik kisəsinin ön divarı olmur və ona uyğun olan qarın hissənin ön divarıda ayrılmış şəkildə olur ki nəticədə sidik kisəsi çöldə qalır. Sidik birbaşa sidik axarlarının dəliklədindən bayıra axır. Bu hallar uşaqlarda Epispadiya ilə yanaşı olur. Bu patalogiya ilə doğulan uşaqlar fizialoji inkisafina görə digər həmyaşıdlarından heç bir şeylə fərqlənmirlər və normal .əkildə inkisaf edirlər.

Epispadiya : Oğlan uşaqlarında Sidik kanalı və orqanın baş hissəsi dorzal hissədə ayrılmış şəkildə, Qız uşaqlarında isə sidik kanalı eyni ilə formalaşıb və onun çıxacağı yerləşir iki yerə ayrılmış klitor və balaca cinsiyyət dodaqlarının arasında.

Qasıq sümüyünün iki yerə ayrılmasına görə Kavernoz cixmlər qısa olurlar.

Sidik kisəsinin boynu və Sidik kisəsi Sfinkteri olmur. Sidik saxlamasında iştirak edən Sfinkter əzələləri yerləşir  sidik kisəsinin aşağı hissəisndə və çaşka formasında olurlar.

Sidik kisəsinin həcmi normadan şox kiçik olur, Qasıq sümükləri bir birindın aralı olur.

Sidik axarları düzgün yerə açilmadığına görə hərzaman geriyə böyrıklırı reflüks olur, Göbəyin yerləşməsi biraz aşagı olur.

Sidik kisəsi Ekstrofiyasi ana bətnində çox tez formalaşır təxminən 4-5 heftesində.

Günümüzdə Ekstrofiyanın rastgəlmə tezliyi hər 30000 yenidoğulandan birində olur.

Sidik kisəsi Ekstrofiyasının müalicəsi ancaq cərrahi üsulladır. Cərrahi əməliyyat doğulandan ilk həftəsində olması mütləqdir.

Əməliyyat: Birincili Sidik kisəsinin Plastikası

Sidik kisəsinin Şar formasında formalaşdırılması, bu halda sidik axarlarından geriyə sidiyin qayıtmasının qarşısı alınmalı.

Qalça sümükləri osteotomiya olunaraq Qasıq sümükləri birləşdirilməli və Sidik kisəsi çanaq boşluğuna yerləsdirilməli.

Kavernoz cismlər çanaqdan ayrılaraq birləşdirilərək orqan uzadilmalı və qarının ön divarındaki deffekt bağlanmalı.

Cərrahın seçimindən asılı olaraq tam uretroplastika yəni sidik kanalınin tam formalaşdırılması eyni momentdə və ya bir neçə müddət sonra icra oluna bilər.

Ölkəmizdə icra etdiyimiz Sidik kisəsi Ekstrofiyası  Əməliyyatlardan sizə görüntülərimizi sizlərə təqdim edirik.

Dr Togrul Omarov.

 

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.