skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.

Bağırsaq keçməməzliyi

Qarnında kəskin ağrılar, köp, qusma və nəcis ifrazının olmaması şikayəti ilə başqa klinikadan bizə göndərilən pasientə apardığımız diaqnostik müayinələr nəticəsində kəskin bağırsaq keçməməzliyi diaqnozu qoyduq və təcili əməliyyata hazırladıq. Əməliyyat zamanı çox maraqlı hal ilə qarşılaşdıq nazik bağırsaq terminal hissəsində Divertikul Mekkel ( əlavə bağırsaq çıxıntısı), divertikulun ucu nazik bağırsaq müsariqəsinə birləşib və müsariqə ilə Divertikul arasına nazik bağırsağın terminal hisəsi keçərək sıxılıb kəskin bağırsaq keçməməzliyi yaradıb. Xoşbəxtlikdən bağırsaqda nekroz olmamış. Əməliyyat:. Nazik bağırsaq divertikulla müsariqə arasından çıxarılaraq sıxılma stranqulyasiya aradan qaldırıldı sonra Divertikul müsariqədən ayrılaraq rezeksiya olundu.

Op. Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahi Op. Dr. Toğrul Ömərov uzunmüddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.

Tel: (050) 672 92 24

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız

Diafraqmal yırtıq (Retrosternal Morgagni hernia)

3 aylıq uşaqda Diafraqmal yırtıq (Retrosternal Morgagni hernia). Anadangəlmə diafraqmadakı dəlikdən yoğun bağırsağın döş bosluğuna…

Təkrari Subcoronal forma Hipospadiya

Başqa mərkəzlərdə Subcoronal forma Hipospadiyaya görə əməliyyat keçirmiş pasientdə əmliyyatdan sonra sidik kanalının xarici dəliyinin…

Anadangəlmə Bronxiogen kista

2 yaşlı pasient. Boynunun alt hissəsində döş qəfəsinə yaxın yerləşmiş, dəriyə yolu olan kista diaqnozu…

Back To Top