skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.

Kurrarino sindromu (Currarino syndrome). Rektal forma Hisprung və Düzbağırsaqla büzdüm sümüyü arasında törəmə

Çox maraqlı və çətin əməliyyatlardan. Kurrarino sindromu (Currarino syndrome).
4 yaşlı pasient 4 ildir qəbizlikdən əziyyət çəkir, bir neçə həkimlər tərəfindən baxılıb, Düzbağırsaqda darlıq deyilib, müalicələr yazılıb, hətta bujirovka belə olunub, amam heç bir xeyri olmayıb. Bizə müraciət etdikdə İriqoqrafiya müayinəsi etmək məsləhət gördük. İriqoqrafiyada Rektal Forma Hisprung xəstəliyi olduğu görüldü və əlavə olaraq, Sakral bölgədə sümük deffekti olduğu aşkar olundu. Sakral defektinə görə Kompuyter tomoqrafiya müayinəsi olunması məsləhət görüldü. KT müayinəsində Skimitar sakrum anomaliyası aşkarlandı və rektal forma Hisprunq xəstəliyi təsdiqləndi və əlavə olaraq düz bağırsaqla büzdüm sümüyü arasında törəmə tapıldı, bu dəfə törəməyə görə MRT müayinəsi olunması məsləshət görüldü. MRT də Büzdümlə düz bağırsaq arasında Anterior Teratoma və ya Anterior Meningomyelocele olduğu deyildi, planlı olaraq əməliyyata hazırlandı.
Əməliyyat: Aşağı laparatom kəsiyi ilə enən çəmbər bağırsaq, genişlənmiş S-vari bağırsaq və düzbağırsaq sfinktral hissəyə qədər mobilizasiya olunub ayrıldı. Düz bağırsaq altında Peresakral fassıya açılaraq törəmə aşkarlandı, anterior Meningomyelocele və törəmə xaric edildi. Sonra Düz bağırsaq xaricdən Soave metodu ilə İntrasfinktral mobilizasiya olundu, daralmış düz bağırsaq və genişlənmiş S-vari bağırsaq xaricə çıxarıldı. Enən çəmbər bağırsaq Pexbeyn metodu ilə dərin ön Kolorektal anastamoz olundu. Göstərdikəri böyük Dəstəyə görə bütün əməliyyat ekipinə dərin təşəkkürlər.

 

Op. Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahi Op. Dr. Toğrul Ömərov uzunmüddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.

Tel: (050) 672 92 24

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız

İkietaplı növbəti uğurlu Hipospadiya əməliyyatı

Ən ağır xayalıq forma Hipospadiya (Peyğember sünnəti). Sidik çıxarıcı kanal hər iki xayanın ortasına açılır,…

Sacrococcygeal teratoma. Kопчиковая Tератома

Yenidoğulmuş pasiyentdə Sacrococcygeal teratoma, yəni Büzdüm sümüyünün teratoması. Həyatının 11-ci günündə Teratomanın tam çıxarılması əməliyyatını…

Mədəaltı vəzin anadangəlmə kistası

Mədəaltı vəzin Konjenital (anadangəlmə) kisti çox nadir rast gəlinir. 5 yaşında pasiyent qarnın sol tərəfində…

Back To Top