Hidronefroz 3 cu dərəcə

3 cü dərərcə hidronefroz böyrəkdən çıxan sidik axarı darlığı (UP darlıq) səbəbi ilə başqa mərkəzdə əməliyyat olunmuş amma uğurlu alınmamışdır. Təkrar darlıq yarandığına görə böyrəkdə sidik daşlarıda əmələ gəlmiş bir neçə mərkəzdə baxılaraq böyrəyin çıxarılması məsləhət görülmüşdür. Onu da qeyd edim ki, böyrəyin çıxarılmasına göstəriş sadəcə böyrəyin 5% dən az işlədiyi halda ola bilər. Bizə müraciət edən pasientə sintiqrafiya olunmasını məsləhət gördük, sintiqrafik müayinədə böyrəyin 37% işlədiyi məlum oldu. Tərəfimizdən təkrari Pieloplastika icra olunması və böyrəyin saxlanması məsləhət görüldü. Əməliyyat zamanı böyrəyin arteriyasının sidik axarı üzərində olduğu və sidik axarını sıxaraq darlıq yaratdığı məlum oldu və bizdən öncəki əməliyyatda sadəcə yara açılaraq texniki çətinliyin olduğuna görə heçbir əməliyyat icra olunmamışdı.

Toğrul Ömərov / Togrul Omerov / Togrul Omarov

Op. Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Bu yazını yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız