Mədəaltı vəzin anadangəlmə kistası

Mədəaltı vəzin Konjenital (anadangəlmə) kisti çox nadir rast gəlinir. 5 yaşında pasiyent qarnın sol tərəfində şişkinlik hərəkət zamanı ağrıların olması şikayəti ilə başqa bir mərkəzdə yoxlanılıb qarın boşluğunda böyük həcimli kista diaqnozu qoyularaq bizə yönləndirilib. Çəkilən kompuyter tomoqrafiya müayinəsində Kista mədəyə, dalağa və yoğun bağırsağın yarsının müsarıqəsinə sıx birləşdiyi görüldü, planlı surətdə hazırlanaraq əməliyyata alındı. Əməliyyat zamanı kistanın mədəaltı vəzin quyruq hisəsəindən yarandığı və böyüyərək mədəyə, dalağa və yoğun bağırsağa sıx birləşdiyi məlum oldu. Bütün orqanlar qorunaraq kista tam çıxarıldı və mədəaltı vəzin quyruğunun bir hissəsi rezeksiya olundu. Kista əkilmək için Histologiyaya göndərildi.

Toğrul Ömərov / Togrul Omerov / Togrul Omarov

Op. Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Bu yazını yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız