Hipospadiya nədir, əlamətləri və cərrahi müalicəsi – Peyğəmbər sünnəti
Hipospadiya nədir? (Peyğəmbər sünnəti)
Hipospadiya sidik kanalının anatomik quruluşunun anadangəlmə inkişaf qüsurudur. Bu xəstəlik eyni zamanda el arasında Peyğəmbər sünnəti adı ilə də tanınır. Bu zaman sidik kanalının xarici dəliyi normal yerində – cinsiyyət üzvünün başında deyil, cinsiyyət üzvünün ön səthində, xayalıq yaxud aralıq nahiyəsində xaricə açılır.
Hipospadiyanın əlamətləri:
- Sidik ifrazının pozulması;
- Sidik ifrazı zamanı sidiyin normal olmayan yerdən orqanın altından axması;
- Sidik ifrazının tezləşməsi (tez-tez sidiyə getmə) ;
- Cinsiyyət üzvündə əyriliyin olması.
Hipospadiyanın formaları hansılardır?
Sidik kanalının xarici dəliyinin yerləşmə yerindən asılı olaraq Hipospadiya haqqında bilinən bir neçə forması vardır:
- Coronal forma;
- Subcoronal forma;
- Penil forma – uretranın ( sidik kanalının ) xarici dəliyi cinsiyyət üzvünün cismində yerləşir;
- Penoskrotal forma – sidik kanalının xarici dəliyi cinsiyyət üzvünün xayalıqla sərhəddində,
- Xayalıq forma – xayalıqda yerləşir;
- Aralıq forma – uretranın xarici dəliyi xayalıqla anal dəliyi arasında yerləşir;
- Hipospadiyasız hipospadiya (Xorda tipli) – hipospadiyanın bu formasında sidik kanalının xarici dəliyi normal yerinə açılır. Lakin sidik kanalının uzunluğu penisin uzunluğundan qısa olduğu üçün cinsiyyət üzvünün əyilməsi baş verir.
Hipospadiyanın yaranma səbəbləri nələrdir?
Hipospadiya xəstəliyinin hansı səbəbdən baş verməsi barədə dəqiq elmi məlumat olmaması ilə yanaşı bu haqda bir neçə nəzəriyyə mövcuddur:
- Dölün bətndaxili inkişafının 7-15 ci həftəliyində qadın hormonlarının çoxluğu və s. səbəblərdən baş verən pozuntular;
- Hamiləlik zamanı ananın ətraf mühit zərərli amillərinin təsirinə məruz qalması (alkoqol, siqaret çəkmə, bəzi dərman vasitələrinin istifadəsi, natamam qidalanma(qidada zülal, vitaminlərin əksikliyi) və s.) ;
- Hamiləlik zamanı anan orqanizmində müxtəlif səbəblərdən (stress, ağır iş rejimi və s) baş verən hormonal dəyişikliklər;
- Çoxdöllü hamiləlik;
- Ananın tez tez hamilə qalması;
- Dölün keçirtdiyi bətndaxili infeksiyalar;
- Genetik pozuntular.
Diaqnostika necə aparılır?
- Xarici cinsiyyət üzvlərinin müayinəsi.
- Sidik kanalının xarici dəliyinin yerləşmə yerinin təyini.
- Xayalıq və Aralıq formalarda xromosom analizi (körpənin cinsiyyətinin təyini üçün), cinsi xromatinin təyini.
- Böyrəklərin US müayinəsi: Böyrək və sidik yollarının anadangəlmə patologiyalarını istisna etmək məqsədilə.
- Sistouretroqrafiya: Xayalıq və Aralıq formalarda bu müayinədə uretra və sidik kisəsinin quruluşunun öyrənilməsi məqsədilə sidik kanalına yeridilmiş kateter vasitəsilə sidik kisəsinə rentgenokontrast maddə yeridilərək rentgen şəkli çəkilir.
Hipospadiyanın müalicəsi
Müalicəsi yalnız cərrahi yolla uretranın xarici dəliyinin normal yerinə gətirilməsi, yanaşı rast gəlindiyi halda cinsiyyət üzvündəki əyriliyin aradan qaldırılmasından ibarətdir. Cərrahi əməliyyat üçün optimal yaş ilk 6-15 aydır. Belə ki, ilk əməliyyat üçün ən yaxşı müddət doğulduqdan sonrakı 6cı aydır, ehtiyac olarsa ikinci etap müalicə 6 ay sonra 1 yaşinda icra olunur. Əməliyyatlar uşağın məktəbə qədərki dövründə, 6-7 yaşına qədər yekunlaşdırılmalıdır. 10-13 yaşlarından sonrakı dövrdə icra olunan əməliyyatlar hipospadiyanın müalicə nəticələrini pisləşdirir. Əməliyyat şəkillərinə Fotolar bölmsindən baxa bilərsiniz.
Formasından asılı olaraq bir neçə qəbul olunmuş əməliyyat növləri var:
- Snodgros (tipu) metodu ilə uretroplastika əməliyyatı.
- Kof metodu ilə uretroplastika.
- Magpi.
- Metyu və,s.
Hipospadiya əməliyyatlarından sonra rast gəlinən ağırlaşmalar:
Vaxtında icra olunan əməliyyatlardan sonrakı nəticələr adətən qənaətbəxş olur. Bəzən əməliyatdan sonra bəzi ağırlaşmalar rast gəlinir.
- Fistula-uretranın hansısa bir yerindən sizma, yenidən dəlik formalaşması;
- Sidik kanalının daralması;
- Cinsiyyət üzvünün deformasiyası;
- Orqanda nekroz;
Hipospadiya vaxtında müalicə olunmadıqda;
- Cinsi münasibətdə problemlər;
- Cinsiyyət üzvünün qeyri-təbii görünüşü;
- Penisdəki deformasiya ( əyrilik ) ilə bağlı cinsi əlaqə zamanı rahatsızlıq;
- Sonsuzluq (spermanın uşaqlıq yolunun arxa divarına çata bilmədiyindən);
- Sidik ifrazı çətinləşməsi bu xəstələrdə, sidik kisəsində qalıq sidik qalmasına, bu isə böyrəklərdə və prostat vəzisində xronik iltihaba səbəb olur.
Hipospadiyanın profilaktikası
- Hamiləlik zamanı ananın zərərli vərdiş və amillərdən uzaq durmansı (alkoqol, siqaret, əsassız dərman qəbulu, stress və s.);
- Hamiləlik bitənə qədər ginekoloqun daim nəzarətində olmaq;
- Planlaşdırılan doğuma vaxtında hazırlanması;
- Hipospadiyalı uşaq doğulduğu zaman ilk 6 ayda uşaq cərrahına müraciət etmək.
Aşağıdakı keçidlərdən istifadə edərək, bizim zaman-zaman paylaşdığımız hər növ hipospadiya əməliyyatlarına baxa bilərsiniz:
- Hipospadias. Penoscrotal Hipospadiya, Snodgras technique. Penoscrotal Hypospadias surgery.
- Xayalıq Forma Peyğəmbər sünnəti. Scrotal Hypospadias surgery. Bracka 2 technique
- Distal penil forma Hipospadiya. Snodgrass metodu ilə uretroplastika. Hypospadias surgical technique. Hipospadiya texnikası.
- Xayalıq forma Hipospadiya, Bracka1 əməliyyatı
- Penoskrotal forma Hipospadiya
Digər növ Hipospadiyalar haqqında yazılarımız üçün buraya klikləyin: Sayt üzrə axtarış