skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
Uşaq Cərrahı / Uşaq Cərrahiyyəsi

Uşaqlarda Qasıq yırtığı – Toğrul Ömərov

Uşaqlarda qasıq yırtığı

Yırtıq qarın daxilindəki hər hansı bir orqanın ( əksər hallarda bağırsaqların) qarın divarından xaricə çıxmasıdır. Əllə müayinə etdikdə yırtıq nahiyyəsində yumşaq bir kütlə əlimizə gəlir. Uşaq cərrahiyyəsində yırtığın ən çox rast gəlinən forması qasıq yırtığıdır. Bətndaxili inkişaf dövründə oğlanlarda xayalar,qızlarda isə yumurtalıqlar böyrəklərin yanında formalaşır. Uşaq böyüdükcə xaya yaxud yumurtalıqlar qasıq bölgəsinə doğru miqrasiya edir. Xayalar qasıq kanalından keçərək xayalıq kisəsinə enir. Qızlarda isə qasıq kanalından uşaqlığın girdə bağı-uşaqlığı saxlayan bağ keçir.Bu zaman xayalar özləri ilə birlikdə periton deyilən qarnı daxildən örtən zardan ibarət bir kisəni də xayalığa doğru aparır. Bu kisə sonradan bağlanılır. Bağlanmadığı hallarda isə qasıq yırtığına səbəb olur. Belə ki, qarın daxili orqanlar bu kisənin mənfəzi ilə qarın boşluğundan xaricə, qasıq kanalına, xayalıq kisəsinə enir. Bəzi hallarda isə kisənin mənfəzi yalnız qarın daxili mayenin keçə biləcəyi qədər dar olur. Bu zaman qarın daxili maye xayalığa qədər axaraq hidroseleyə-xaya ətrafında mayenin olmasına səbəb olur. Hər doğulan 100 uşaqdan 2sində qasıq yırtığı rastlanır ki, bunların da 80%i oğlan uşaqlarıdır. Sağ yaxud sol tərəfli, 10% halda isə iki tərəfli olur.

Fəsadları– əsas fəsadı yırtıq möhtəviyyatını təşkil edən orqanın boğulmasıdır. Belə ki, boğulmuş yırtıqlarda möhtəviyyatı təşkil edən orqanı ( bağırsaqlar, yumurtalıqlar və s.) əllə geriyə, qarın boşluğuna qaytarmaq mümkün olmur. Vaxtında müdaxilə etmədikdə boğulmuş orqanda qan dövranının pozulması nəticəsində nekrotik dəyişkənlikər-orqanın çürüməsi başlayır.
Qasıq yırtığının müalicəsi cərrahi yolladır.

Əməliyyat nə zaman olmalıdır?

Boğulma riski ilə əlaqədar olaraq xəstənin səhhəti imkan verən ən yaxın zamandə planlı qaydada əməliyyat edilməlidir.
Hazırda qasıq yırtığına görı icra edilən ən müasir əməliyyat metodu Laporoskopik PİRS əməliyyatıdır. Bu əməliyyat zamanı göbəkdən qarın boşluğuna kamera yeridilərək qasıq nahiyyəsində heç bir kəsik aparılmadan 3mm lik bir dəlikdən yırtıq kisəsi bağlanılır. Bu metodun üstünlüklərindən biri də kamera ilə əks tərəfdə olabiləcək gizli yırtığın da asanlıqla müşahidə edilib bağlanılması imkanıdır. Belə ki, 37 % hallarda birtərəfli yırtıqlar zamanı icra edilən açıq əməliyyatlardan bir müddət sonra əks tərəfdə də yırtıq özünü göstərir. Açıq yırtıq əməliyyatı zamanı digər tərəfi təftiş etmək,yoxlamaq mümkün deyil. Digər bir üstünlüyü isə toxum ciyəsi elementlərinin toxunulmaz qalması zədələnməməsidir. Belə ki, açıq əməliyyatlar zamanı ciyə elementləri yırtıq kisəsindən mexaniki yolla soyularaq ayrılır. Laporoskopik PİRS metodunda isə ciyə elementlərinə toxunulmadan yırtıq kisəsi bağlanılır.

Toğrul Ömərov / Togrul Omerov / Togrul Omarov

Op. Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.

Tel: (050) 672 92 24

Bunu yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız
Sacrococcygeal teratoma. Копчиковая Тератома

Yenidoğulmuş pasiyentdə Sacrococcygeal teratoma, yəni Büzdüm sümüyünün teratoması. Həyatının 11-ci günündə Teratomanın tam çıxarılması əməliyyatını…

Hirşprung xəstəliyi nədir, əlamətləri və müalicəsi

Uşaqlarda Hirşprung xəstəliyi nədir? Hirşprung xəstəliyinin yaranması: Hirşprung xəstəliyi yoğun bağırsaqda sinir qanqlionlarinin (aqanqliozis) olmamasıdır.…

Ekstrofiya. Sidik kisəsi Ekstrofiyası. Экстрофия мочевого пузыря. Exstrophy of Bladder

Sidik Kisəsi Ekstrofiyası - sidik kisəsinin anadangəlmə inkisaf qüsurudur hansi ki, anadangəlmə sidik kisəsi  daxildə…

Back To Top