Qatışıq cinsiyyətlilik,Uşaqlarda Adrenal Hiperplaziya. Congenital Adrenal Hyperplasia (CAH) Surgery.

CAH olan xəstələrdə yəni böyrəküstü vəzin anadangəlmə hiperplaziyası olan uşaqlarda doğulanda xarici cinsiyyət orqanının görünüşü oğlan uşağı kimi olur sadəcə xayalıq forma Hipospadiyaya bənzəyir. Eslində CAH olan uşaqlarda daxili prqanları tam qıza aid olur uşaqlıq, yumurtalıqlar və daxildə ucu kor qurtarmış uşaqlıq yolu olur. Genetik analızdədə XX qadına xas kariotip teyin edilir. Buna görə bütün xayalıq forma Hipospadiya doğulan uşaqlara mütləq genetik analiz verilməlidir. CAH olan 1.5 yaşlı xəstəyə Klitroplastika Labioplastika və Total Urogenital Mobilizasiya  əməliyyatını icra etdik. Bu tip xəstələr uşaq endokrinoloqu tərəfindən kontrol olunduqdan sonra əməliyyat olunmalıdır əməliyyata göstəriş yaşı 3-12 ayı arasındadır.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.