Tez-tez soruşulan suallar
Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.
Onlayn sual-cavab
Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
Ad qeyd olunmayıb
01.11.2016
hekim sizi yene narahat edirem bagiwlayin cavabinizi oxudum xahiw edirem yazasiniz nazik bagirsaq atreziyas iemeliyyatinin odeniw meblegi ne qederdi Salam qiyməti dəqə demək çətindi uşağın klinikada yatışından istifadə olunan dərmanlardan küveyzdən asılıdı, əməliyyatı pulsuzda ede bilərik problemsiz.
Ad qeyd olunmayıb
29.10.2016
salam men 36 heftelik hamileyem uwaqda nazik bagirsagin atreziyasi diaqnozu qoyulub amniotik 166 mikonium awkar olunmayib olcusu 4mm uwagin cekisi 2050q mene hamileliyi sonlandirmagi meslehet gorurler xahiw edirem bununla bagli meslehet vererdiz uwaq dogula bilermi ve ya dogulduqdan sonra neylemeliyik olum ehtimali varmi evvelceden tewekkur edirem Salam nazik bağirsağın atreziyası emeliyyatla düzələn patalogiyadı, formasından asili olmayaraq doğulan kimi əməliyyat olunmalıdı. Sadəcə ağir forma atreziyalarda ölüm faizi çoxdu. 36 həftəlik hamiləliyi sonlandirmaq düzgün deyil.
Konul
29.10.2016
Salam hekim.korpe yaşda uşağa narkozun verilmesi gelecekde her hansi probleme yol açarmi? Salam. Əgər düzgün uşaqlar üçün narkoz seçilibsə dermanlar düzgün təyin olunubsa heçbir problem olmaz. artıq müsir zamandı narkotik preporatlarda əlavə yan təsirləri azalıb.
Cavid
02.10.2016
Şənbə günləri işləyirsiniz? Bəli, işləyirəm