Tez-tez soruşulan suallar
Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.
Onlayn sual-cavab
Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
Salam hekim alax sizden razi olsun ki bizim sualarmiza vaxt eliyib yazirsiz sualim doktur size menim qizmin bir yas uc aylikti boynunun sax terefinde qemanqiomasi var onu temiz yox etmek olarmi anaprilin dermanan hekim yazib duz mualice isdirem xayis edirem komek edesiz
salam mütləq baxmaq lazımdır ve USM edib hemangiomanı qıdalandıran damarın böyüklüyünə baxmalıyıq. tam yox edib aradan qaldırmaq olur. əlaqə saxlayın
Salam həkim. Oğlum 1yaş 10aylıqdı. Mənə elə gəlir ki sinəsi bir az qabağadır. Bu normaldımı. Qeyri anormal bir şey yoxdu uşaqda. Hiperaktif uşaqdı
Baxmaq lazımdır uşağa və ola bilsin rentgenoloji müainə tələb etsin
2 ayliq oglan usagidir sol gozunun ustu qasin ucu koyneyin zamokuna deyib sisib artiq 1 aydan coxdur sis getmir elece qalib.hekime gosterdik maz yazdi mazlada sorulub getmedi,dediler ki usaq cerrahina gosterin hemin yer certilib icindeki qan cixmalidir.Hekim siz ne meslehet gorursuz hemin yere nese ceke bilerikmi tam sagalsin,yoxsadaki cerrahi mudaxile vacibmi usaq cox kicikdir,birde hemin yerde sonrada capiq ve ya basqa bisey yaranarmi?xahis edirem hekim cavab yazin
salam baxmaq lazımdır ola bilsin hematoma verib ama yeri kalsinatlaşıb sərt qalıb. usm etmək və baxmaq lazımdır
uwaqmin 1yawi var xayasi yerinde deyil.mualiceyle yerine duwer????
salam dərman müalicəsi ilə xaya yerinə enmir sadəcə əməliyyat lazımdır.
Salam həkm.mənim oqlumun 10 yaşı var xayasına baxıram birdən yuxarda olur,birdəndə aşaqıda.xaya yerində oynuyur.Böyüyəndə ona prablem yarada bilər yoxsa yox??məsləhət verərdiz
salam sizin uşaqda hərəkətli xayadır səbəb isə xayanı xayalığa bağlayan bağın olmamasıdır. USM müainəsi edib ölçülərinə baxmaq lazımdır.
Salam dr.menim oglum 1 ay 4 gunlukdi.xayasi siskimidi en coxda sag teref yirtig olmasindan supelenirem.Ne etmeliyem meslehet vererdiz
salam baxmaq lazımdır yırtıq olma ehtimalı çoxdur ama hidroseledə ola bilər. USM müayinəsindən keçirdib baxmaq lazımdır.
Hekim oqlum 10gunlukdu.Peyqenber sunneti doqulub..Sidiye geden dewikden etmir .Onun awaqi hissesinden sidiye gedir .Onu ne etmek lazimdi. Nece ayliq size muraciet etmeliyik .
Salam peyğəmbər sünnəti əslində patalogiyadır Hipospadiya adlanır. uşağa baxmaq lazımdır hansı formasıdır və 8 ayından sonra planlı olaraq əməliyyat olmalıdır.
Salam dr. Menim oglum indi 25 Ayligdir. Oktyabrda boyuk qasig-xaya yirtigindan emeliyyat olundu. Indi men ona hormanlarinim daha yaxsi inkisafi ucun Testesteron vurdulmaliyam? Cunki biraz narahatam, fikirlesirem belke hormanlarin inkisafi zeifleyib?! Yirtig anadangelme olub.
salam heçbir hormonal müalicəyə ehtiyacı yoxdur.
salam dokdor biraz uzun olacaq sualim ancaq sizden meslehet almaq istedim.menim qizim 4 ay bundan evvel hirsprung emeliyati olub emeliyatdan sonra 10 gun serbest bayira cixib indi ama yene ozu bayira cixmir qebizliyi duzelmir.bunun sebebi hekimin duzgun emeliyat etmemesi ola bilermi
salam Uşağa baxmaq lazımdır və təkrar iriqoqrafiya etmək məsləhətdi sonra artıq deqiq sebebi demek olar.
salam hekim men size yazmisdim iriqoqrafiya olunmalidi yazmisdi sizin islediyiniz yerde iriqoqrafiya olunur?oglumu yaniniza getirmek isteyirem ama maddi cehetten problemimiz var deye uzanir endirm etseydiniz gunu sabah gelerdik korpem cox eziyyet xais eleyirem mene tez cvb yazasiniz
SALAM narahat olmayin getirin komek ederik size