Tez-tez soruşulan suallar

Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

Onlayn sual-cavab

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
* Email qeyd etdiyinizdə sualınız cavablandığı zaman bildiriş alacaqsınız.
M.Nermin 27.11.2022
Salam hekim.Menim qizim 4ay 14 gunlukdu basinin sag terefinde hemagioma var anadan gelme.Diqqetle baxdiqda hiss etmek olarki yavas yavas boyuyur,yeni deriye nisbeten hundurlesir.O emeliyat olunmalidi ya yasina qeder toxunmaq olmaz? Rengide tund qirmizi rengdedir.

Salam geln müaliceni yzaq

Bextiyarova Zerengiz 13.10.2020
Salam hekim menim oglumun 15yasi var son bes ildiki yerine isemesi var men nece ede bilerem mene komey edin elede imkanim yoxdu hekim onu hekime goturem ne meslehed gorursuz nece ede bilerem ne derman vere bilerem komey edin mene

getirin baxaq komeklik ederik size narahat olmayin

Nermin 13.10.2020
Salam hekim menim oglum 2 ayliqdi onda doguşdan sol elinde 6ci barmag var ama onda ne sumuy nede ezele var et xal kimidi deriden sallanir onu emeliyyat edib göturmek olar

salam beli cox asanliqla goturulur/

Aydın həsənzadə 12.10.2020
Salam. 5 yaşlı oğlumun dizinin arxa tərəfində, qatlanan yerdə yekə şiş əmələ gəlib.

bekker kistasi ola biler

Elsen Memmedov 12.10.2020
Salam hekim. Oglum hal hazirda 6ayliqdi. 2ayinda qasiq yirtigi diaqnozu qoyuldu ve olcusu boyuk olduguna gore 3ayinda aciq yolla emeliyyat oldu. 2gun bunnan once usagin sol xayasinin qasiq hissesinde oldugunu gordum elimle toxunarken yerine dusdu. Onu da qeyd edimki indiye kimi bele bir sey musahide etmemisdik. Size sualim bu kriptoxzm ve ya xaya qrijasi ola bilermi? Birdeki emeliyyat eden hekim yaxsi etmiye bilermi? Bize ne meslehet gorursuz? Onceden tesekkurler.

baxmaq lazimdir klimaster refleksi ola biler

Elshad 12.10.2020
Salam hekim.Qasiq yirtigi emeliyyati neceye basa gelir?

salam usaga baxmaq lazimdir deqiq melumat vererik

Ad qeyd olunmayıb 21.07.2020
Salam Hekim.bizde uşağlar əkizdir.40gunlukdur.bir nisbətən zəifdir.onun sol tərəfdə qaşıq nahiyədə qoz boyda şiş var.son bir iki gündə görünür.Nə ola bilər?

QASIQ YIRTIGIDIR BAXMAQ LAZIMDIR

Şirxan 08.07.2020
Salam doktor. 3aylıq qız uşağının göbəyi düşdükdən sonra göbək yığılmır. Ağrısı yoxdur.qarın səsi kimi guruldayır.göbək 3sm olar.Məsləhətinizə görə təşəkkür edirəm.

salam gobek yirtigidir baxmaq lazimdir

Huseynli 08.07.2020
Oglum 1 yas 1 ayligdir.1 aydirki qasig nahiyesi sisir.aglayanda cox vaxt.basqa vaxt xaya yerindede olur gah da olmur.emeliyyat olunmalidir o?

qasiq yirtigidir cox guman baxmaq lazimdir

Huseynli? 08.07.2020
Qrijada bogulmanin olub olmamagin nece bilmek olar.gece usag 1 saat aglayirdi dayanmadan.bundan ola biler

yirtiq yeri sisir berkiyir qizarir ve agrili olur

1 2 3 4 17