Tez-tez soruşulan suallar
Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.
Onlayn sual-cavab
Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
Salam doktor.yirtig emeliyyatindan sonra usag hereket ede bilermi cunki cox nadinc usagdi yatag seraitinde saxlamag olmaz.qeyd edimki 1 yas 1 ayligdir.birdeki qapali emeliyyat olunur?
salam elbetde emeliyyatdan sonra gezsin oynasin ne isteyir etsin ama bu laparoskopik emeliyyata aiddir
Salam həkim. Mənim oğlum yeni doğulub. 40 gün. Doğulandan 20 gün sonra göbəyində problem yarandı. Göbək şişir çölə çıxır. Göbək yırtığı yəni. Göbəyin diametri 2smden böyükdür. Uşaq əməliyyat olunmalıdır ya gözləməliyik? Nə vaxt əməliyyat etdirmək olar?
salam egr cox boyukdurse emeliyyat olma egtimali var ama cox zaman gozleyirik ozu baglanir baxmaq lazimdir
1 yaş yarım uşaqda böyrek kistası .qiymətin bilmək istəyirəm neçiye eməliyyat edirsüz??
salam kistanin olcusu lazimdir her kista emeliyyat olunmur elaqe saxlayin 0506729224
Salam hekim necesiz hemise yaxsi olun sizi narahat etdiyime gorede uzürlu sayin menim oglum yeni dogulub 14 gunund3n beri fantan seklinde qusur cekisinde azalma gedir qebizlikde olur yeyir ama qusur qlizma sayesinde bayra gedr uziye saldirdiq dediler mededen 12 barmaq bagrsaqa geden yer tixanib pilorosentez xesdeliyi diaqnozu qoydular. Bu arada men sizi Naxçivandan narahat edrem yollar bagli olduguna gore Bakiya gele bilmiruk sizin qebulunuza gelmek isteyirem teyyare isleyene kimi bize ne meslehet gorèdiniz
salam pilorsetnozdur cox guman maye balansini temin edib baxmaq lazimdir emeliyyat olunmalidir
Salam doktor. Qızım 7 ay 3 günlükdür. Anadan olandan 2 həftə sonra bədənində hemangioma görünməyə (qırmızı ləkə kimi) ve ölçüsü böyüməyə başladı. Daim pediatr nəzarətində olmuşuq bu arada. Son vaxtlar ölçü daha da böyüdüyündən, uşaq cerrahına müraciət etməyə qerara gəldik, lakin uşağa təyin ediləcək dərman vasitəsilə bağlı tərəddüdlərim var. Dərmanın əks təsirləri nə dərəcədə təhlükəlidir 7 aylıq uşaq üçün? 1 yaşına qədər gözləməyi məsləhət görərdizmi? Bu arada, uşaq 36 həftədə dünyaya gəlib və anadan olanda ilkin müayinə zamanı ürəyində azca küy var demişdilər. Exo olunmayıb.
sala, he,mangioma boyudukde derman mualicesi baslanir ve dunyada o derman tekdir propronolol sadece kardioloq nezareti altinda verilmelidir
Salam doktor.Oğlumun 5yaşı var.Bu gün birdən birə göbəyinin sol tərəfini göstərərək ağrıdığını deyir və ağlayır.Əllə palpasiya etdikdə ağrının yalnız orada və aşagı qasıq bahiyəsində olduğunu deyir o biri nahiyələr ağrıtmır.Bu nədən ola biıər xahiş edirə mümkün qədər tez cavablandırasız
salam uzi edib baxmaq lazimdir appendisit ola biler
Salam Həkim . Mənim oğlumda anadan olduğunun 10 cu günündə qasıq yırtığı biruzə verdi sol tərəfdə, sol xayasıda düşməyib , 6 ayından 1 yaşı arası əməliyyat etdirmək istəyirik həm qasıq yırtığı həmdə enməmiş xaya ikisinində bir anda əməliyyatı mümkündürmü
salam kriptorxizm olan usaqlarda qasiq yirtigi olur herzaman. əməliyyatda iki xayanı eyni zaman endirmək lazimdir qasıq yırtığıda zaten xaya endirmədə bağlanılır
Salam həkim.mənim oğlumun 5 yaşi var.qəbizliyi var.həkim bağirsaqlarin rentgen eletdirdi.dedi bagirsagi genislenib və birdə sallanmasi var.bilmək istiyirem ki bu boyudukcə sağala bilər..yoxsa emeliyat vacibdi?
dediyiniz hallar derman mualicesi ve dieta ile duzelir
Salam doktor.qardasim oglu 4ayliqdi göbeyi balaca sar kimi çöle cixir.bize deyirler gobeyin duzgun baxlamayiblar .bu ondan ola bilermi ?yoxsa başqa nese ola biler?
salam baxmaq lazimdir dəqiq məlumat vermək üçün
Salam.8ay bundan qabaq usaq hipospadiyadan emeluyyat olub.onun soradan yoxlanisa ehdiyaci var?
beli uc il ilde birdefe kontrol olmalidir