Uşaq cərrahı Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.

SƏHİFƏMİZ

Heç sübhəsiz ki son zamanların ən ideal ünsiyyət və informasiya vasitəsi internetdir. Daha anlaşıqlı, daha səmimi və daha asan bir ünsiyyət və paylaşım üçün bu saytı hazırladıq.  Ümid edirəm ki, bu veb səhifəmizdə Uşaq cərrahiyyəsi ilə bağlı bütün suallarınıza cavab tapa biləcəksiniz. 

PhD Op. Dr. Toğrul Ömərov
Uşaq cərrahı

ƏLAQƏ

Telefon:
(050) 672 92 24

Ünvan:
Grand Hospital – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 38

Elektron poçt:
info@usaqcerrahi.az

İŞ SAATLARI
  • Bazar ertəsi...09:00 - 17:00
  • Çərş. axşamı...09:00 - 17:00
  • Çərşənbə...09:00 - 17:00
  • Cümə axşamı...09:00 - 17:00
  • Cümə...09:00 - 17:00
  • Şənbə...09:00 - 17:00
  • Bazar...İş günü deyil
ONLAYN RANDEVU
SUALINIZ VAR?

Ən dəyərli varlığımız sağlığımızdır. Çünki sağlıq olmadıqda hər bir şey öz dəyərini itirir. Xüsusən də söhbət canımızdan çox sevdiyimiz körpələrimizdən gedirsə. Körpənizdə narahatlıq, ağrılar müşahidə edirsinizsə, təmənnasız onlayn məsləhət ala bilərsiniz.

SUALINIZI VERİN

İCRA OLUNAN ƏMƏLİYYATLAR

Qarın və döş boşluğu orqanlarının patalogiyaları

Qarın və döş boşluğu orqanlarının patalogiyaları

Qaraciyər, dalaq, mədəaltı vəzin kistaları. Xoledoxun (öd axarlarının) kistaları, uşaqlarda öd daşı xəstəlikləri, kalkulyoz xolesistlər. Bütün növ bağırsaq keçməməzlikləri, appendisit, peritonit, digər bağırsaq əməliyyatları. Qida borusu və ağciyər patalogiyaları və s.

Uşaq Laparoskopik və Torokoskopik cərrahiyyəsi

Uşaq Laparoskopik və Torokoskopik cərrahiyyəsi

Döş və qarın boşluğu orqanlarında, böyrəklərdə Laporoskopik bütün əməliyyatlar, qasıq yırtıqlarının Laporoskopik bir nöqtədən keçməklə ləğvi və s.

Anadangəlmə anomaliyalar

Anadangəlmə anomaliyalar

Anusun atreziyaları (olmaması), bağırsağın hissəvi atreziyaları, qida borusu atreziyaları, bağırsaq ikiləşmələri, pilerostenoz, teratomalar və s.

Uşaq uroloji və androloji patalogiyaları

Uşaq uroloji və androloji patalogiyaları

Cinsiyyət orqanlarının anomaliyaları, Hipospadiyaların, Epispadiyaların bütün formaları, Hidronefroz, Kriptorxizm, Varikosele, Hidrops və s.

Yeni doğulmuşların cərrahiyyəsi

Yeni doğulmuşların cərrahiyyəsi

Qarın və döş boşluğu orqanlarının cərrahiyyəsi, uşaqlarda uroloji, androloji və ginekoloji patologiyaların cərrahiyyəsi. Laparoskopiya və Torokoskopiyası.

ƏMƏLİYYATLARIMIZDAN FOTO GÖRÜNTÜLƏR

Uşaq cərrahiyyəsi günü-gündən inkişaf edən Cərrahiyyə elminin nailiyyətlərindən daima bəhrələnməkdədir. Əməliyyat olunacaq orqandan, patalogiyanın formasından və eləcə də əməliyyatın nəticəsinə təsir göstərə biləcək amillərinin hər biri nəzərə alınaraq həm açıq, həm də laparoskopik yolla əməliyyatlarımız icra olunmaqdadır.

unnamed-2

LAPAROSKOPİK CƏRRAHİYYƏ

Günümüzdə artıq bəlkə də çox tez-tez eşitdiyimiz sözlərdən biri məhz laparoskopiyadır. Bu hər bir uşaq cərrahı tərəfindən tətbiq olunan üsuludur və açıq əməliyyatlara nisbətən daha qısamüddətli, az əməliyyat sahəsi tələb edən, qansız, kəsik aparılmadan, dəri səthində az travma törədən bir əməliyyat metodudur. Sağalma müddəti açıq əməliyyata nisbətən 4-5 dəfə qısadır. Kosmetik baxımdan dəridə böyük kəsik sahələri qalmır və çapıq toxuması cüzi olur. Əməliyyat sonrası fəsadları da olduqca azdır. Yara infeskiyasının əmələ gəlməsi, yırtıqların meydana çıxma riski olduqca azdır.

DAHA ƏTRAFLI

UŞAQLARDA ANESTEZİYA

Cərrahiyyənin inkişafı demək olar ki, anesteziologiya ilə paralel şəkildədir. İnsanlar arasında “narkoz” kimi tanınan anesteziya bir çox valideynlərin qorxduğu bir nüansdir və uşaqlarını cərrahi əməliyyat etdirməkdən çəkinirlər. Bəs həqiqətən “narkoz” dediyimiz ümumi keyləşdirmə uşaqlar üçün ziyanlıdırmı?! Bu suala uşaq cərrahı olaraq birmənalı şəkildə cavab verə bilərəm ki, Xeyr. Əksinə elm yeni dərman maddələrinin əks göstəriş və təhlükəliliyi o qədər azalmışdır ki, artıq müasir uşaq cərrahları ürəklə ümumi keyləşdirmənin rahatlıqlarından əməliyyatlarında istifadə edə bilirlər.

DAHA ƏTRAFLI
SAYTDA DƏRC EDİLMİŞ MƏQALƏLƏR
Xayalıq Forma Hipospadiya, Bracka1 əməliyyatı

Xayalıq forma Hipospadiya, Bracka1 əməliyyatı

Xayalıq forma Hipospadiya 2 dəfə başqa mərkəzdə əməliyyat olunub, amma uğurlu alınmayıb. Orqanın ön hissəsində yerli…

Növbəti Hipospadiya əməliyyatımız

Növbəti Hipospadiya əməliyyatımız

Hipospadiyalara (Peyğəmbər sünməti) davam- 88. Ən ağır formalardan olan Penoskrotal Hipospadiya bir dəfə başqa mərkəzdə əməliyyat…

Diafraqmal Yırtıq (Retrosternal Morgagni Hernia)

Diafraqmal yırtıq (Retrosternal Morgagni hernia)

3 aylıq uşaqda Diafraqmal yırtıq (Retrosternal Morgagni hernia). Anadangəlmə diafraqmadakı dəlikdən yoğun bağırsağın döş bosluğuna keçməsi…

Hişprunq Xəstəliyi

Hişprunq xəstəliyi

Hişprung xəstəliyi uşaq cərrahiyyəsində rast gəlinən ən ağır patalogiyalardandı. Xəstəliyə səbəb isə yoğun bağırsaqda sinirsiz zonanın…

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov üçün ünvanlamaq istədiyiniz mesajınız və ya hər hansısa bir sualınız varsa, formu dolduraraq onunla e-mail vasitəsi ilə əlaqə yarada bilərsiniz.