Tez-tez soruşulan suallar
Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.
Onlayn sual-cavab
Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
Ana betninde olan uwagin mededen bagirsaga kececeyi baglidi inkiwaf etmemiwdi. Dopler gosderib
salam dediyiniz hal pilorik atreziya ola bilər doğulan kimi əməliyyat olunmalıdır
Salam oğlumun9yaşı var ağciyərdə limfa vəzləri vardı .Sonra kristallaşdı həkim cərrahlara baxdırmazı istədi tamaqrafiya elədilər əlavə timus törəməsidə çıxdı uşaq qidanı udandabilmir yatandada boğulur biz nə etməliyik
salam baxmaq lazımdır timus vəzi 9 yaşında qalmamalıdır əgər böyük ölçüdədirsə əməliyyat mütləq şərtdir.
Salam.Doktor.Xahis edirem cavablandirin.5 ayliq oglan usagi sidiye çox az gedir.Usaq ana sudu ile qidalanir.
salam böyrəklərini yoxlamaq lazımdır. ola bilsin ki, normaldır sadəcə size elə gəlirki az gedir sidiyə
Salam doktor,uşaq 8 aylıqdı,doğulanda həkimlər dedilər anusu cox kicikdi,oğlan uşağıdı,6 ayına kimi normal cıxırdı,eləki ana südü kəsildi uşaq başladı qəbz olmaqa və cox cətin cıxır,2aydı bax belə cətinlik cəkir,cərraha göstərdik dedi bujlamaq lazımdı 12-13 nömrə ilə(yanı dəmir salmaq)onuda edirəm ancaq yenədə cox az miqdarda cixir dəmiri salandan sonra,nə məsləhət görürsüz?
salam Əgər qəbz olursa baxmaq lazımdır səbəb nədir anusu bujlamaq olmaz kor korana. bujlamaya göstəriş anusda stenoz olmasıdırki buda əməliyyat keçirmiş pasientlərə xasdır.
salam doktor menim oglum 2yas 10 ayliqdi boyreyinde das var birde sidik kanalina das dusub gencede uzi aparatina saldiq bize ele dedi doktor ve bizi size yonlendirdiler
salam mutleq baxmaq lazimdir ve sidik kanalindaki das cixarilmalidir sonra ise boyreye mualice etmek lazimdir ki das yaranmasin
Salam doktor menim qizimda bel sumuyunun sonun dumbeyde piy vezi var siz bir nece gun bundan qabaq ona oxsar bir emeliyyat etmisiz menim qizimdada anadan gelmedi ama riskli bir emeliyyat deyiler bize xahis edir bir cvb yazin sizin yaniniza getirey.
salam 0506729224 elaqe saxlayin getirin komek ederik narahat olmayin
Salam həkim, oğlumun 7 yaşı var ,qarnında sol tərəfdən ağrısı olur , həmişə olmur ara sıra olur. Olanda da uşaq çox halsız olur dodağı göyərir, o nədən ola bilər?
salam baxmaq lazımdır ola bilsın yırtığı var .
Salam bizim usaq9 ayliqdi indiye qeder usaqda xayalar yerinde olub indi son vaxtlar xayalar yuxari dogru qalxir yerinde olmur bezini acdiqdan bir muddet sonra yerine gelir cimerken isti seraitde yerinde olar bu qorxulu ola biler neyle elaqedardi evvelceden tewekkur
salam klimasterik refleks ola bilər 2 yaşına qədər müsahidə etmək lazımdır
Salam,Həkim.Mənim qızım 3 ay 7 günlükdür.Sinə nahiyəsində döş qəfəsinin üzərində hemangioma var.Apardığım pediatr həkimlər əl vurulmaması gərəkdiyini,zamanla keçəcəyini bildirdi.Diametri təxminən 1 sm-dir.Getdikcə asta-asta böyüdüyünü müşaidə edirəm.Üst səthi nahamardır.Öncədən diqqətinizə görə minnətdaram
salam baxmaq və yoxlamaq lazımdır hemangioma dərman müalicəsi ilə sağalır
salam hekim menim 2 oglum var boyuyun 5, kiciyin 2yasi var onlarin her ikisinde eyni problem var yeni xayalari xayaliqda dayanmir xayaliqin kenarlarinda ya ust hissesinde olur tez tez baxiram ki gah xayaliqdadi her iki xaya gah da yoxdu. hekim muayinesinde olmusuq bize deyirler ki damar darligi var ona gore bele olur.bu ne derecede dogrudur hekim bele sey ola biler?
salam uşağa baxmaq lazımdır və ultrasəs müainəsi edib xayaların yaşına uyğun olmasına baxmaq lazımdır