Tez-tez soruşulan suallar

Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

Onlayn sual-cavab

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
* Email qeyd etdiyinizdə sualınız cavablandığı zaman bildiriş alacaqsınız.
Malik 22.05.2017
2 ayliq oglan usagidir sol gozunun ustu qasin ucu koyneyin zamokuna deyib sisib artiq 1 aydan coxdur sis getmir elece qalib.hekime gosterdik maz yazdi mazlada sorulub getmedi,dediler ki usaq cerrahina gosterin hemin yer certilib icindeki qan cixmalidir.Hekim siz ne meslehet gorursuz hemin yere nese ceke bilerikmi tam sagalsin,yoxsadaki cerrahi mudaxile vacibmi usaq cox kicikdir,birde hemin yerde sonrada capiq ve ya basqa bisey yaranarmi?xahis edirem hekim cavab yazin

salam baxmaq lazımdır ola bilsin hematoma verib ama yeri kalsinatlaşıb sərt qalıb. usm etmək və baxmaq lazımdır

nurane 18.04.2017
uwaqmin 1yawi var xayasi yerinde deyil.mualiceyle yerine duwer????

salam dərman müalicəsi ilə xaya yerinə enmir sadəcə əməliyyat lazımdır.

ad yoxdu 11.04.2017
Salam həkm.mənim oqlumun 10 yaşı var xayasına baxıram birdən yuxarda olur,birdəndə aşaqıda.xaya yerində oynuyur.Böyüyəndə ona prablem yarada bilər yoxsa yox??məsləhət verərdiz

salam sizin uşaqda hərəkətli xayadır səbəb isə xayanı xayalığa bağlayan bağın olmamasıdır. USM müainəsi edib ölçülərinə baxmaq lazımdır.

cavansir 11.04.2017
Salam dr.menim oglum 1 ay 4 gunlukdi.xayasi siskimidi en coxda sag teref yirtig olmasindan supelenirem.Ne etmeliyem meslehet vererdiz

salam baxmaq lazımdır yırtıq olma ehtimalı çoxdur ama hidroseledə ola bilər. USM müayinəsindən keçirdib baxmaq lazımdır.

Feride 11.04.2017
Hekim oqlum 10gunlukdu.Peyqenber sunneti doqulub..Sidiye geden dewikden etmir .Onun awaqi hissesinden sidiye gedir .Onu ne etmek lazimdi. Nece ayliq size muraciet etmeliyik .

Salam peyğəmbər sünnəti əslində patalogiyadır Hipospadiya adlanır. uşağa baxmaq lazımdır hansı formasıdır və 8 ayından sonra planlı olaraq əməliyyat olmalıdır.

Ilkin 15.03.2017
Salam dr. Menim oglum indi 25 Ayligdir. Oktyabrda boyuk qasig-xaya yirtigindan emeliyyat olundu. Indi men ona hormanlarinim daha yaxsi inkisafi ucun Testesteron vurdulmaliyam? Cunki biraz narahatam, fikirlesirem belke hormanlarin inkisafi zeifleyib?! Yirtig anadangelme olub.

salam heçbir hormonal müalicəyə ehtiyacı yoxdur.

Ad qeyd olunmayıb 15.03.2017
salam dokdor biraz uzun olacaq sualim ancaq sizden meslehet almaq istedim.menim qizim 4 ay bundan evvel hirsprung emeliyati olub emeliyatdan sonra 10 gun serbest bayira cixib indi ama yene ozu bayira cixmir qebizliyi duzelmir.bunun sebebi hekimin duzgun emeliyat etmemesi ola bilermi

salam Uşağa baxmaq lazımdır və təkrar iriqoqrafiya etmək məsləhətdi sonra artıq deqiq sebebi demek olar.

kenan 07.03.2017
salam hekim men size yazmisdim iriqoqrafiya olunmalidi yazmisdi sizin islediyiniz yerde iriqoqrafiya olunur?oglumu yaniniza getirmek isteyirem ama maddi cehetten problemimiz var deye uzanir endirm etseydiniz gunu sabah gelerdik korpem cox eziyyet xais eleyirem mene tez cvb yazasiniz

SALAM narahat olmayin getirin komek ederik size

Kenan 20.02.2017
Sizin yaniniza muaniyeye gelmek isteyirik.qebulun odenisini deyerdizde zehmet olmasa

Salam gəlin baxarıq narahat olmayın.

Ad qeyd olunmayıb 20.02.2017
Salam hekim menim oglumun 2 yasi var korpe vaxtindan hardasa 2 ayindan sanci ve gucenerek necis eleyirdi necisi normal ve her gun eleyirdi mualice olaraq pehriz ve laktuza terkibli derman yazdilar ama mualicenin xeyri olmadi.boyudukce sancilar coxaldi cop,pis qoxu ve qebzlik yarandi necisi normaldi ama 2 -3 gunden bir sanci ile cixir

Salam uşaqa mütləq baxmaq yoxlamaq lazımdır Hisprung xəstəliyi ola bilər. mütləq İriqoqrafiya olunmalıdı uşaq.

1 12 13 14 15 16