skip to Main Content
Uşaq cərrahı PhD Op. Dr. Toğrul Ömərovun rəsmi saytındasınız.
TEZ-TEZ SORUŞULAN SUALLAR

Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.

Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.

Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər..

Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

ONLAYN SUAL-CAVAB

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.

Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.

Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.


Əgər Email ünvanınızı qeyd etsəniz, sualınızın cavablandırıldığına dair bildiriş alacaqsınız.
  • Vüsalə 17 Oktyabr 2017
    Salam həkim, oğlumun 7 yaşı var ,qarnında sol tərəfdən ağrısı olur , həmişə olmur ara sıra olur. Olanda da uşaq çox halsız olur dodağı göyərir, o nədən ola bilər?

    salam baxmaq lazımdır ola bilsın yırtığı var .
  • Nizam 17 Oktyabr 2017
    Salam bizim usaq9 ayliqdi indiye qeder usaqda xayalar yerinde olub indi son vaxtlar xayalar yuxari dogru qalxir yerinde olmur bezini acdiqdan bir muddet sonra yerine gelir cimerken isti seraitde yerinde olar bu qorxulu ola biler neyle elaqedardi evvelceden tewekkur

    salam klimasterik refleks ola bilər 2 yaşına qədər müsahidə etmək lazımdır
  • Tariyel 17 Oktyabr 2017
    Salam,Həkim.Mənim qızım 3 ay 7 günlükdür.Sinə nahiyəsində döş qəfəsinin üzərində hemangioma var.Apardığım pediatr həkimlər əl vurulmaması gərəkdiyini,zamanla keçəcəyini bildirdi.Diametri təxminən 1 sm-dir.Getdikcə asta-asta böyüdüyünü müşaidə edirəm.Üst səthi nahamardır.Öncədən diqqətinizə görə minnətdaram

    salam baxmaq və yoxlamaq lazımdır hemangioma dərman müalicəsi ilə sağalır
  • Ad qeyd olunmayıb 17 Oktyabr 2017
    salam hekim menim 2 oglum var boyuyun 5, kiciyin 2yasi var onlarin her ikisinde eyni problem var yeni xayalari xayaliqda dayanmir xayaliqin kenarlarinda ya ust hissesinde olur tez tez baxiram ki gah xayaliqdadi her iki xaya gah da yoxdu. hekim muayinesinde olmusuq bize deyirler ki damar darligi var ona gore bele olur.bu ne derecede dogrudur hekim bele sey ola biler?

    salam uşağa baxmaq lazımdır və ultrasəs müainəsi edib xayaların yaşına uyğun olmasına baxmaq lazımdır
  • Ad qeyd olunmayıb 4 Sentyabr 2017
    salam doktor necesiniz?doktor men size yazmisdim usagin hirsprung emeliyati oldugunu uje 9 aydir olunub emeliyat.bayira cixmirdi serbest.hekim anal darliq var demisdi.indi bujiden istifade edirik usaq ozu az az cixir bayira.siz demisdiniz ki ola biler sinirsiz hisse qalsin.indi ozu cixirsa bayira demeli sinirsiz hisse qalmiyib ?

    salam Uşağa baxıb yoxlanış etmək lazımdır. 
  • Samire eliyeva 1 Avqust 2017
    Hekim salam.5ayliq hamileyem.birinci hamilelikdi.qastrosizis diaqnozu qoyulub.hamileliyi davam etdirsem usaq dogulduqdan sonra normal usaq kimi yasaya bilermi?

    salam ağır forma Qastroşizisdə yaşama şansı azdır ama vaxtında düzgün əməliyyat olunarsa və doğuş normal travmasız aparılarsa sonra heçbir problemlər olmur.
  • Hemid Sefiyev 12 İyul 2017
    Salam hekim.oglum agciyer kistasindan iki aydir ki emeliyyat olunub.sizin cixisinizi televiziyada gordum.isterdimki siz de oglumu muayine edesiniz.onun tam sagalmasina emin olmaq ucun.onun 15 yasi var.siz agciyeri de muayine edirsiniz?

    salam bəli biz ağciyərləridə müainə edirik baxıb yoxlamaq olar.
  • Ad qeyd olunmayıb 4 İyul 2017
    Uşağın 5 yaşı var .Tez tez qarnında köp olur.müalicə edirik keçib gedir.Bir müddətdən sonra yenə qayıdır.Uşağı narahat edəcək dərəcədə köpür.Bizə nə məsləhət görürsünüz

    salam sizin uşaqda çox gümanki bauqin qapağı çatışmamazlığı var bu hansıki yoğun bağırsaqla nazık bağırsaq arasındakı klapanın catışmamazlığıdır. uşağa baxmaq lazımdır və iriqoqrafiya etmək mütləqdir
  • Ad qeyd olunmayıb 4 İyul 2017
    Salam həkim.Uşağın 5 yaşı var. 1il olar ki onda ara sıra köp olur.Müalicədən sonra keçir amma bir müddətdən sonra yenidən qayıdır.Bizə nə məsləhət görürsünüz?

    salam sizin uşaqda çox gümanki bauqin qapağı çatışmamazlığı var bu hansıki yoğun bağırsaqla nazık bağırsaq arasındakı klapanın catışmamazlığıdır. uşağa baxmaq lazımdır və iriqoqrafiya etmək mütləqdir
  • Ad qeyd olunmayıb 25 İyun 2017
    salam emeliyatdan sonra bir nece defe iriqoqrafiya cekilib hekim deyib hec bir problem yoxdur

    baxmaq lazımdır uşağa və iriqoqrafiyaya.
Back To Top