Tez-tez soruşulan suallar

Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

Onlayn sual-cavab

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
* Email qeyd etdiyinizdə sualınız cavablandığı zaman bildiriş alacaqsınız.
Ad qeyd olunmayıb 03.09.2019
Salam dr, necesiniz?Bayramınız Mübarek. Oğlum 6 yaşın içindedi, 8 aylıqında sünnet olub- Neftçiler xestexanasında. Saniki yaxşı emeliyyat olmayıb, ya nefendise uşaqda mene ele gelir ki *mikropenis* var. Xayalarıda kiçikdi. Sizin qebulunuza nece gele bilerem??

0506729224 elaqe saxlayin getirin baxaq deqiq melumat vererik

ugur 03.09.2019
salm.dr menim usaqda usm baxilib qasiqda kist oldugu soylenildi emeliyyat hacan olunacaq.!!

salam qasiq kanalinin mistalari eger cox boyuk deyilse 3 ayindan sonra emeliyyat olunmasi meslehetdir

Ad qeyd olunmayıb 03.09.2019
Salam hekim menim oglumun xayalari ikiside qarin boşluqundadir 3yaşi bitecek EMELIYAT OLUNMAQA TEZMI MUALICEYLE ENMEZMI EMELIYAT OLUNSA NECE GUN BANISADA QALMALIYIK VE EVE BURAXILANNAN SONRA NECE GUNEN SONRA YOXLANMAQA GELMELIYIK EMELIYAT NECEYE BAŞA GELER XAIŞ EDIREM SUALIMA CAVAP VERESIZ SAGOLUN

salam eger deeqiq qarin boslugundadirsa laparoskopik icra olunmalidi emeliyyat birgunden sonra eve buraxilir qiymetle bagli 0506729224 elaqe saxlayin

abbas 03.09.2019
salam uşagin xayasi kanalim 3de 1rimdedi uzi eletdirdim .emeliyatin qiymeti ne qederdi.zehmet deyilse yazatdiz

salam qiymetle bagli 0506729224 elaqe saxlayin

Xalid 17.08.2019
Salam həkim.oglumun 4yasi var serebral iflic edir.4cu yaşında müəyyən olunub ki uşağın yoğun bogirsaginin ölçüləri normadan böyükdür.bayira çıx bilmir və çox pis sancilarla ürəyi partdiyana qədər qışqırır ağlıyır.bir necə dəfə klizma olunandan sonra çölə çıxır rahatliyir sonra yenə başlayır.mualicə bir neçə həkim yazmışdı ama heç bir xeyiri olmayıb.nə etmək olar?əməliyyat elətdirmək olar?

salam serebral iflici olan usaqlarda bu hallar bas verir elace sadece dermanlarla komek etmek ve qidalanmanin normal olmasidir

Ad qeyd olunmayıb 24.07.2019
azer.06.06.2019Salam dr, necesiniz?Bayramınız Mübarek. Oğlum 6 yaşın içindedi, 8 aylıqında sünnet olub- Neftçiler xestexanasında. Saniki yaxşı emeliyyat olmayıb, ya nefendise uşaqda mene ele gelir ki *mikropenis* var. Xayalarıda kiçikdi. Sizin qebulunuza nece gele bilerem??

salam 0506729224 elaqe saxlayin baxaq

Bahar.Suleymanova 24.07.2019
Qasiq yirtigi emeliyyatdan qabaq analiz olunur? Usaqlarda.ulturases muayinesi nece etmek lazimdi.?

salam emeliyyat onu paket kecirilir hazirlanir sonra

Ad qeyd olunmayıb 24.07.2019
Doktur salam .oglumun 5 yasi var.qasiq yirtigi var.emeliyat zamani narkoz verilecek.xais edirem cavablandirasiniz?

salam deqiq qasiq yirtigi varsa emeliyyat olunmalidir, emeliyyat onu paket kecirilir sonra

Məmməd əsədov 24.07.2019
Uşağın 8 yaşı var. Bəzi hallarda nəcisin olmasını hiss etmir. Nə etmək olar

salam sualinizi deqiq yqazin zehmet olmasa ve ya elae saxlayin 0506729224

Afet 24.07.2019
Salam hekim.Qizim yaw yarimdir,qarin hissesinde iki yirtiq var.Iki aydir gorunur,ele iki ay da olar agrilari var,narahat olur,yemeklerini uaxsi yemir.Bu yirtiq bilmek isteyirem agrinin sebebi ola bilermi.cerfahlar fegli fikirler soyleyirler.Emeliyyat olmalidirmi?Bir de qida borusu,mede ve on ikibarmaq bagirsagin rentgenoskopiyasi ve rentgenografiyasini eletdirdik,neticede kolit,dolixosiqma elametleri cixdi.Qizim alti ayindan gidani narahat yeyir ceki almir,cox aglayr sebebi bu ola bilermi?emeliiyat olmadan mualice ile berpa oluna bilermi saydiglarim.Onceden tesekkur edirem

salam  yirtiq nadirt hallarda agri vere bilir. dediyiniz hallara baxmaq lazimdir ve deqiq melumat vermk olar

1 4 5 6 7 8 17