Tez-tez soruşulan suallar
Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.
Onlayn sual-cavab
Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
Salam.dr menim oglum 1yaw 10 ayliqdi.anadan gelme peygenber sunnetlidir.6ayinda hekime aparanda bildirdiki hekim emeliyyat olunmalidir.yonlendirdiler basqa hekime o hekimde dediki 1yaw 2ayindan sora getirin..1y3ayinda apardiq hekim bizi qorxuzduku bele emeliyyat saxlamaq cetin olur..indi bize deyirlerki saxlayin 5yasinda edersiz.bilmek isteyerdimki siz ne meslehet gorursuz.?
salam hipospadiya 1 yasinda emeliyyat olunmalidi boyudukce daha cox stres ve psixoloji sarsinti yasayir. dunyanin qoydugu emeliyyat yasi 6 ay bir yas arasidir
Salam dr.Menim oglum 25 gundu dogulub bu gun seher duranda sag qasiginda sislik gorduk qasiq yirtigi nece gunluyunde emeliyyat olunmalidi
salam elbetdedaha duzgun melumat ucun baxmaq lazimdir ama yirtiq adeten bogulma vermirse 5 ayindan sonra meslehet gorulur
Salam menim usagim bir yas bir ayliqdir he bir hefde bundan qbag gece usag cox agladi ve anam gorduku qasiginda berklik var tez hekime apardiq saldi dediki qrijasi var ever gene tutsa cerraha aparin six he meslehet gorerdiz
salam cox gumanki qasiq yirtigidir baxib yoxlamaq lazimdir
salam usaq 2 yas 6ayliqdir hekime apardiq dedi qrijasi var . yeni gozleyib dekabrda emeliyyat etmek olarmi ? birde emeliyyatin qiymetini zehmet olmasa yazardiniz qrijasi asagi nahiyededi
salam umumiyetle qasiq yirtigi bi yasina qeder emeliyat olunmalidir getrin baaq butn nuanslari size izah ederik
Salam kor bağırsaq xarici zərbə ilə əməliyyat olunacaq dərəcədə zedelenə bilər
Salam həkim. Əvvəlcədən təşəkkür edirəm. Nə yaxşı ki varsınız! Həkim 18 gündür ki ürəyim 10-15 vurğudan sonra 1-2 dəfə bərk vurur. Bərk vurduğu anda boğazımda boğulma hiss edirəm.(Bərk vurma anında nəbzdə ani dəyanma hiss olunur ) Bərk vurmasını sinəmdə aydın hiss edirəm… Ağrı yoxdur.. Gecələr belə hal olmur(yatanda).(Üzü yuxarı yatdığım zaman heç bir boğulma tənginəfəslik hissi yoxdur.) Bəzən bütün gün boyu dəvam edir, bəzəndə səhər oyananda heçnə baş verməmiş kimi hər şey normal olur. Məndə (Taxkardiya) diaqnozu var.. Dəqiqədə 110-130 dəfə vurur..Amma maraqlısı odur ki bu (bərk vurma tutmaları baş verdiyi vaxta) ürək döyüntülərin sayı az olur (75-84)arası.. 110 dəfə vurduqda heç bir problemim olmurdu.. Bu arada (2-3 gün olar yüngül boğaz yanğısı var. Səsim qalınlaşıb. yüngü bəlğəmli öskürəkdə var.. Qızdırma yoxdur. ) (Zobum yoxdur.. test etdirmişəm.) Həyat faliyyətim normaldı. işə gedib gəlirəm.(Oturaq işdə işəyirəm.) Sizə bu nə səbəbdən ola bilər? Diqqətizə görə təşəkür edirəm..
salam size Aritmoloq lazimdir 0503454551 Tural drla elaqe saxlayin
Salam! 2 yaşlı oğlumun xayalarından biri digərindən kifayət qədər böyükdür. Həmdə sanki mayenin işindədir.
salam baxmaq meslehetdir ve uzi etmek lazimdir
Salam doktor menim oglum 8 ayliq dunyaya gelib hal hazirda 2 ayliqdi ayaginin birin hereket etdire bilmirdi el vurmaq olnurdu agliyirdi. Hekime apardiq dedi ki ayagina su gelib gecikmisiz krustalawib sumuyun zedeleyib. Bir ayagi 3 milli ferqlidi Iki hefde iyne derman etdi indide diyir ki bal yaxin salafanla baglayin. Uc aya duzelse hec duzelmese sizi bawqa hekime yonlendirecem. Sizin qebulunuza duwsek muayine ede bilersiz.
salam tecili olraq travmatoloqa muraciet edin gecikmeden
Uwaqin qarninda agrilar var 5yawli oglan uwaqidir hekim dedi muayine etmemiw ki kor bagirsaqdir .hansi muayineler edilmelidir hekimin fikrin duz tamamlamaq ucun
salam eger Appendisitdirse bir nece gune dahada agirlasir uzi ve ya kt muayinesinde deqiq gorulur
Salam. Həkim bilmək istədim ki, hipospadiya müalicə olunmazsa gələcəkdə hər hansı fəsadlar, cinsi problemlər törədə bilər?
salam hipospadiya emeliyyat olunmazsa orqanda eyrilik disfunksiya cinsi aktin normal olmamasi ve sonsuzluq yarada biler agir formalarinda