Tez-tez soruşulan suallar

Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

Onlayn sual-cavab

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
* Email qeyd etdiyinizdə sualınız cavablandığı zaman bildiriş alacaqsınız.
Cavid 01.03.2018
Salam Togrul Hekim 21 gunluk oglan usagi sunnetliyi agiz hissesi yapiwir bir birine bize dunen uwaq agliyirdi biraz kremle acdiq azaciq uwaq sidiye getdi rahatladi eyni ilede bu sabah…Meslehetiniz ne olardi?

Salam siz uşağa romaskalı vanna edin düzeləcək

Kemine 19.02.2018
Salam menim korpem hal hazirda 2 ayliq oglan uwagidi 15 gunlukiken gobeyi qabararaq bayira cixdi men cox arawdirdim bunu gobek yirtigi dediler bilmek isdeyirem ki bunun uzerini baglayim ya acig bir wekilde qalmalidi ama elimle toxundugumda sanki ici bosmuwkimidi ve usagi qucagima aldigimda ya uzadanda icinden fisilti kimi bir ses verir bu meni cox narahat edir sizden xaish edirem Togrul hekim bu hakda mene cavab yazin.

Salam göbək yırtığı qorxulu deyil çox zaman iki yaşına qədər özü bağlanıb gedir. üzərini heçbir şeylə baölamaq lazım deyil.

Şehane 19.02.2018
Hormetli Togrul bey size,meni en cox narahat eden sualimi vermek istyirem.butun bu xesteliklerin yaranma sebebini bilmek istyirem.biz analar ne etmeliyik ki,bele emeliyatlar olmasin.mende yawamiwam.hamile vaxti nece ?Hansi?muayineler olmalidiki?bele problemler yaranmasin.çox xaiw edirem sizden sualimi cavablandirasiniz.

salam anadangəlmə patalogiyaların çoxunun yaranmasına səbələr qohum evliliklər və hamiləlik zamanı keşirilən xəstəliklər, stres, qidalanma vs bir şox amılləri saymaq olar.

Şehane 10.02.2018
Salam Hörmetli Toğrul bəy.sizə oxuduğunuz üçün təşəkkür edirəm.sizə yazan ogul evladini itiren anadir.menim oglum 4 ay yariminda kaşa verdiyime göre,bağırsaq kecmezliyi diaqnozu ilə əməliyyat oldu.Omedide.hakimi dediki,bagirsagi kesmedik,acib,icinin qan laxtasini təmizlədik.uşağı pehriznen 1yaş 6 aya qədər saxladiq.son aylarinda qəbiz olmuşdu.və qusmaynan aparirdiq hekimlere.lakin hec birisi bizə bunun ağir xəstəlik olduğunu,emeliyata ehtiyac olduğunu demedi.başqa müalicə aldiği dərmanlardan.uşaq tamamilə özünü hiss etmedi hətta oturada bilmədi və biz onu itirdik.bilmək istəyirəm ölüm səbəbi sehv müalicə yoxsa duzgun emeliyat olmadigi ucun oldu?vicdan ezabi məni öldürür kaşa verdiyime görə.

Salam sizi başa düşürəm ama bağırsaq keçməməzliyi yeni doöulan uşaqlarda tez tez olur və bunu həkimlə və ya kaşa ilə əlaqəsi yoxdur yəni bu haqda dəqiq məlumat vermək çox çətindir

Ad qeyd olunmayıb 05.02.2018
qeyd edimki ishal olmasa bayira cixmir

yoxlamaq lazımdır .

Ad qeyd olunmayıb 05.02.2018
Hidronefroz əməliyyatı keçirən adamı gələcəkdə hansı fəsadlar gözləyə bilər

Salam əgər vaxtında və düzgün əməliyyat olunubsa heçbir fəsadla qarşılaşmaz.

Ad qeyd olunmayıb 05.02.2018
cox sagolun cavablandirdiginiz ucun.minnetdaram!! yeni bu daralma bujiyle acila bilermi?

Əməliyyatdan sonra yaranan daralmalar ancaq bujla açılır amma əgər başqa bir problem yoxdursa.

Ad qeyd olunmayıb 25.01.2018
salam togrul bey necesiz? doktor menim oglum hirsprung xesteliyinden emeliyat olub emeliyatdan sonra bayira cixirdi indi cixmir bayira hekim deyir daralma yaranib.buji istifade edirik.emeliyatdan sonra ele xestexanada buji istifade etmeye basladiq .bujini istifade ede ede nece daralma yaranib ? bujini 16 ya kimi istifade edirem.hekimi deyr acilacaq.bujiyle duzelecek bu yoxsa yene emeliyat olmalidi? mence ic sfinkter acilmir cox sertdi .

Salam  daralma ola bilər əlbətdə ama 16 lıq buj keçirsə bir baxıb yoxlamaq məsləhət olardı.

Xumar 25.01.2018
Oğlumun 9yaşı var çox ağır yatır gecələr yerinə siyir.hələdə pampers taxırıq biz nə etməliyik.

salam gece enurezidir dərman müalicəsi ilə düzəlir.

Ilkin Hesenov 15.01.2018
Hormetli hekim Togrul Omerov oglum 25 gundu dunyaya gelen tessufki bawinda sol yan medeciyin cisimi,arxa ‘ve awagi buynuzu 21x34x5.8mm olculu mesafede kistik geniwlenmiwdir supratentorial sahede.rica ediremki sizde bu haqda bize melumat verinki bu emeliyyatliqdirmi yoxsa malicesi varmi ne derecede tehlukelidir

salam təəssüf ki, dediyiniz hallar neyrocərrahiyəyə aiddir deye siz doğru məsləhəti Neyrocərrah verə bilər.

1 10 11 12 13 14 17