Tez-tez soruşulan suallar

Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

Onlayn sual-cavab

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
* Email qeyd etdiyinizdə sualınız cavablandığı zaman bildiriş alacaqsınız.
Ad qeyd olunmayıb 20.08.2018
salam doktor necesiniz? doktor menim oglumun 3 yasi var arxasi cox dardi anal darliq var deyibler gucenir az cixir bayira hemde necisi cox nazik cixir bir defe emeliyat olub yene eynidir veziyet day gezmediyimiz hekim qalmayib sonda analplastika emeliyati olmalidir dediler siz bu emeliyati icra edirsiniz?

SALAM beli edirik proktoplastika əməliyyatını, ama baxmaq lazımdır darlıq niye yaranıb anadangəlmə anal stenozdumu və ya digər problemi var yoxlamaq lazımdır

EFQAN 20.08.2018
Salam hekim oğlumun 8 yasi var iki terefli qasiq yırtığı var birde sünnet olunmalıdır emeliyyatin qiymeti neceyedir zehmet olmasa yaşarsınız.Evvelceden teşekkürler.

salam uşağa baxmaq lazımdır . əlaqə saxlayın 0506729224

Rafiq 13.08.2018
Hekim hipospatiya nece yaşina kimi emeliyyat olmalidi Usaq 8 ayliqdı penisde əyrilikde var

salam Hipospadiya əməliyyatına göstəriş yaşı 6 ay bir yaş arasıdır

Ad qeyd olunmayıb 01.08.2018
Salam. Oğlumun 7 yaşı var. Nəcisini saxlaya bilmir. Yəni nəcisi gəldikdə özünü güclə ayaq yoluna çatdırır. Bəzən də çatdıra bilmir. Bu nə ilə bağlı ola bilər?

salam baxmaq lazimdir bir nece sebebden ola biler

Ad qeyd olunmayıb 01.08.2018
salam togrul bey menim usagimda hirsprung xesteliyi varidi usaq emeliyat oldu 1 ay cole cixdi sonra anal stenoz yarandi ve indi usaq hiss edirki kakasi gelir ama ne qeder gucenir bir iki damci ancaq cole cixir anal stenoz emeliyatla duzelir?

salam anal stenoz bujlama ile kecir gedir eger kecmediyi nhalda emeliyyat ola biler

Məhəmməd 26.07.2018
Salam həkim oğlumun 10 yaşı var cinsiyət orqanı balacadı pediatr dərman yazıb qarmanalnı iynə vurdursam onu olar olmaz yan təsirlərindən qorxuram.

salam olmaz o dərmanı vurmaq qətiyyən. qonodotropin yazılıb yəyqin

əfsanə 26.07.2018
Salam həkim oglumun xayasindadi 2 yaşın icindədi demək isteyirəm anada gəlmədi ana bətində nədən əmələ gəlib həkim

salam əgər xaya enməyibsə əməliyyat edib mütləq endirmək lazımdır

Ad qeyd olunmayıb 26.07.2018
Salam doktor.Oğlumun 12 yaşi var.Kriptaxrizmden eziyyet çekir.Xayanin birisi tam normaldi.digeri ise heç yoxdu.yeni aşaği düşmeyib.Uşagin bu yaşda emeliyyat olunmasi mumkundurmu və bele gecikmiş emeliyyat musbet netice ile neticelene bilermi?Xahiş edirem mene bir meslehet verin

Salam çox gecikmisiz ama dəqiq yoxlayıb əməliyyat etmək lazımdır yararlıdırsa endirmık yararslzdlrsa çıxartmaq lazımdır

 

Nubar 23.06.2018
Salam oglum 5y awindadi cole cixa bilmir. Otracagnda nese oldugunu duwunruk. Bir de korpe vaxti bagrsagnda irin kimi nese varydi cerrah cirtmiwdi. O yeniden cixa bilermi ..

salam bayıra çıxa bilmirsə yoxlamaq lazımdır İrqoqrafiya. hansı ki popasında irinləmənin olması paraproktitdir təkrar yaranma şansı var

Uğur 23.06.2018
Salam həkim. oğlum (üzr istəyirəm ifadəmə görə)8aylıqdır. Oğlumda hipospadiyas var həmdə ağırdır. Əməliyyat planlaşdırırıq ancaq bilmək istəyirəm siz neçə faiz zəmanət verə bilərsiniz ki əməliyyat başarılı olsun. birdə bu uşağın sonzuz olmama şansı varmı. Həkim hipospadiyanın ağırıdı səhf etmirəmsə skrotaldır. Siz neçə ay bundan qabaq müayinə etmisiniz və demisiniz 8 ayı bitsin elə. Ancaq ətraflı bilmək istərdim.

salam en yaxşısı əlaqəsaxlayın 0506729224 izah edək sizə bütün nüansları

1 8 9 10 11 12 17