Tez-tez soruşulan suallar

Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

Onlayn sual-cavab

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
* Email qeyd etdiyinizdə sualınız cavablandığı zaman bildiriş alacaqsınız.
Sevinc 11.12.2018
Salam.hekim menim oglum 1yaw 6ayliqdi.uwaqda xaya qasiqda yerlewir hekime aparmiwam.yeni bu yawa kimi xayaliqda xaya olmuyub.bir nece hekime apardiq her kes bir soz dedi.gah 6yawda gah 3yawda emeliyyat olunmalidi.xaiw edirem bize deqiq muelumat vere bilersiz uwaqi nece yawinda emeliyyat etdirek?

salam eger xaya emeyibse yerine 6 ayindan 1 yasina qeder mutleq emeliyyat olunub yerine endirilmelidir

Tural 28.11.2018
Salam doktor. Uşaqin 6 yaşı var sol tərəfdə qasiq yirtiq var deyirlər anada gəlmədi biz uşaqi əməliyat etdirdik amma həmin şişkinlik yenədə var sol tərəfində iki gündü olub əməliyat ?

salam baxmaq lazimdir deqiq melumat ucun

Ad qeyd olunmayıb 28.11.2018
Salam doktor bizde usag sunnet olunandan sonra sunnet yerinin qirag hissesinde deride jiravik kimi balaca bir yer bosdugudu derini altinda ele bil bir nece cerraha gorsetmisem oz sunnet elediyi hekimede gorsetmisem deyirler sapin yeridi cox narahatam sizce qorxulacag nese ola biler?

salam cox gumanki bosseydi sadece baxib deqiq melumat vermek olar

Cosqun 15.11.2018
Salam doktur. Usaq 27 gunlukdur. Hipospadias var. Emeliyyatun qiymetini oyrenmek isteyirem. Onceden tesekkurler

salam formasindan asili olaraq qiymeti deyisir getirin baxaq onceden/ birde emeliyyat 6 ay bir yas arasi olunmasi meslehetdir

Ağalarova Fidan 04.11.2018
Oğlumu ümumi müayineye getirmek isteyirem . Neva ayliğinda muraciet etmeyim meslehetdir ? (1ay26gunlukdur hazirda)

Salam Üç aylığında gətirərsiz

Nigar 04.11.2018
Salam Hekim. oglumun 3yasi avqustda tamam olub. cekmeci dos qefesine malikdi. cox tez tez xestelenir oskurur. oyrenmek isteyirdim ki bele problemli usaglari mualice edirsizmi?

Salam çəkməçi döş qəfəsini vakumterapiya ilə müalicə edirik

İlqar 20.10.2018
Uşaqlarda yumurtanın biri yuxarı hissədə digəri aşagı hissədədir. Endikroloq yoxladı yumurtanın biri oynayır aşagı da gedir yuxarı da Müalicə ilə yumurta yerinə düşər ya əməliyyat olunmalıdır?

Salam baxılmalıdır və uzi olunmalıdır mütləq.

Zaur 08.10.2018
sa;lam hekim oglum hipospadiya var emeliyyat agir emeliyyat deyilki yani qorxulu deyilki

salam Hipospadiya usaq ucun qorxulu deyil hec hissetmir emeliyyat olodugunu. amma ciddi mikroskopik emeliyyatdir

Salayeva Zəminə 08.10.2018
Salam.Mənim nəvəmin 4 yaşı var.Qarnı gedir tez tez indi qan görünür nəcisdə mən kimə müraciət edə bilərəm

salam baxmaq lazimdir ola bilsin baugin qapagi catismamazligidir ve tez tez bayira cixdigina gore cat yaranib

Ad qeyd olunmayıb 25.08.2018
doktor bagislayin bir sualimda var size proktoplastika emeliyati etseniz emeliyatdan sonra usaq necisini saxlaya bilecek ?birde bu emeliyatdan sonra anal darliq tam olaraq aradan qaldirilirmi?

salam bu suala cavab vermek ucun men usagi muayine etmeliyem  0506729224 elaqe saxlayib getirin baxim

1 7 8 9 10 11 17