Tez-tez soruşulan suallar

Uşaqlarda Qasıq yırtığı neçə yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya vaxtında əməliyyat olunmazsa, nə kimi qorxulu hallar baş verə bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda Əyrilik, təz tez sidiyə getmə, gələcəkdə cinsi heyatının çox çətin olması və ən əsası Sonsuzluq yarada bilər.
Kriptorxizmin fəsadları və neçə yaşda əməliyyat məsləhətdir?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
Anus dəliyinin anadangəlmə qapalı olması tez-tezmi rast gəlinir və fəsadları nələrdir?
Anus dəliyinin qapalı olması yəni (Atreziya anus) hər doğulan 4000-5000 uşağın birində rast gəlinir. Formalarından asılı olaraq, doğulan gündən əməliyyat olunmalıdır. Vaxtında əməliyyat olunmadıqda anus ətrafı əzələlərin inkişafdan qalması, gələcəkdə nəcis saxlaya bilməməsi, ağır hallarda isə uşağın itirilməsinə səbəb ola bilər.

Onlayn sual-cavab

Qeyd etdiyiniz suallar cavablandırıldığı zaman saytda paylaşılacaqdır.
Sualların cavabını görmək üçün sualın üzərinə klikləyin.
Unutmayın ki, pasiyenti görmədikdə dəqiq diaqnoz qoymaq mümkün deyil və burada verilən cavablar məsləhət xarakter daşıyır.
* Email qeyd etdiyinizdə sualınız cavablandığı zaman bildiriş alacaqsınız.
Agarehim 23.06.2018
Salam doktor.menim oğlum 1.9 ayligdi.xayasinin 1de gemangioma var.anadan gəlmədi. .bir az sovrulub gedib biraz qalib.meslehetinize ehtiyacim var.

salam hemangioma böyümürsə toxunmnaq lazım deyil.

Rafail 27.04.2018
Salam Togrul hekim.uwagi sunnet etdirmek ucun cerraha apardim.cerrah ise daha 3 qusur tapdi.dil alti perde,qarin yirtigi,sag xayanin soldan boyuk olmasi.bu dordun birden emelliyat etmek qorxulu olar? Uwaq 1 yaw 7 ayliqdi.meslehetinize cox ehtiyacim var.evvelceden tewekkur edirem.

Salam baxmaq lazımdır bəlkədə hər.ey qaydasındadır heç əməliyyata ehtiyacı yoxdur . 3 qüsür varsa əgər bir yerdə etmək olar

Elvin 27.04.2018
Salam necesiz?usagda agizda agizsuyunun coxolmasi refluile e lageli olabiler??

SALAM REFLUKS OLA BILER AMA DAHA COX QURD XESTELIKLERI ILE BAGLILIGI VAR

Vusale 19.04.2018
Salam.Doktor siz tupurcek vezisinde yaranan kistoz toremeni emeliyyat edirsiniz?Evvelceden tewekkur edirem.

salam beli edirik

Yunis 17.04.2018
Salam oglumu sunnat etdikdan sonra xayasi qaralib

salam baxmaq lazimdir probemi nededir belkede balaca hematoma verib deyedir

Ad qeyd olunmayıb 29.03.2018
Mənim 4yaşlı qızım çanaq qrijasından əməliyyat olunub.2ay keçməmiş bud qrijası yaranıb.Nə məsləhət görərsiniz?

Dəqiq baxmaq lazımdır və ultrases müainəsi şərtdir.

eynur 29.03.2018
Salam doktur.Sizi bir meseleye gore narahat edirem.Bizim ushagin 3.6 yashi var ve uzi.de onun sag boyreyinde 6mm boyume ve hidronifroz diaqnizu qoyublar.Biz onu ilkin olaraq nece mualice ede bilerik mumkunse komeklik gostererdiniz.Onceden tesekkur edirik.

salam ekskretor uroqrafiya etmek lazimdir. baxmaq meslehetdir

Batıxan 14.03.2018
Salam həkim. Həkim oğlum 5aylıqdı. Hipospadiyası var. Neçənci ayında əməliyyat oluna bilər. Birdə müayinə zamanı yırtıq olduğu dedilər. Əməliyyatdeyirlər. Çox naratam bu əməliyyatlar uşağın gələcəyinə təsir edəcək.

salam Hipospadiya 8-12 ayinda emeliyyat olunmalidir

GÜLZAR 01.03.2018
Salam Togrul hekim sizden cox xahis edirem sualima cavab yazin.Hazirda 31 heftelik hamileyem axrinci defe uzide olanda usaqda problem cixdi ve MRT etdirdik.Fetusda 1tip sakrokoksiqeal teratoma movcuddur strukturu qarisiqdir.Daxilinde piy toxumasi və əlavələr nezere carpir.Vertikal olcusu =62 63mm,aksial transverz olcusu=58mm.Yerlesmesi pelvik dibinden araliq sahesindedir.Bundan elave koksiqeal hipogenezia qeyd edilir. Daxili cinsiyyet orqanlari bu fonda c diferensiasiya edilmir .Bu xestelik ne derecede tehlukelidir ve emeliyatla duzelermi .Cox xahis edirem cavab yazin evvelceden tesekkurler.

salam narahat olmayın bu yaxınlarda 2 belə pasient əməliyyat etmişik hərşey normaldır. doğulan kimi bizimlə əlaqə saxlayın 0506729224

Vusal Ilyasov 01.03.2018
Salam Togrul melim men bacimin 22 yasi var bakida hansisa Xestexanada rengene saldiriblar mede alti kista cixib dokturlar bakib deyibki emeliyat olunmalidi kistanin icinde dawlar var deyirle indi bu emelyat qorxuludu ?weker xesteliyi ola biler ? Xaiw tecilidi cavabinizi gozduyurem

salam deqiq baxmaq məsləhətdir və yaxşl bir cərraha müraciet etmək lazımdır hansı ki böyüklərlə məşqul olur

1 9 10 11 12 13 17